AnalitikaGündəmSiyasət

Bayrağımızın ucalığı xalqımızın birliyindən güc alır

Dövlət Bayrağı hər bir müstəqil ölkənin suverenliyini, milli kimliyini və beynəlxalq aləmdəki mövqeyiniifadə edən ən mühüm atributlardan biridir. Azərbaycanxalqı üçün üçrəngli bayrağımız bu anlayışlardan dahaböyük məna daşıyır. O, xalqımızın azadlıqmübarizəsinin, dövlətçilik ənənələrinin, milliqürurunun və gələcəyə olan sarsılmaz inamınınrəmzidir. Bayrağımızın dalğalanması hər birimizinqəlbində Vətənə bağlılıq hissini gücləndirir, bizi ortaqtariximiz və milli məqsədlərimiz ətrafında birləşdirir. 9 Noyabr – Dövlət Bayrağı Günü bu müqəddəs rəmzəolan sevgimizi və dövlətimizə sədaqətimizi bir dahaifadə etdiyimiz əlamətdar tarixdir.

Azərbaycan bayrağının tarixi xalqımızın müstəqillikmübarizəsi ilə sıx bağlıdır. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı iləqəbul edilən üçrəngli bayraq müstəqil dövlətimizinideoloji əsaslarını təcəssüm etdirirdi. Cümhuriyyətqurucularının müəyyən etdiyi mavi, qırmızı və yaşılrənglər milli mənsubiyyətimizi, müasir inkişafyolumuzu və mənəvi dəyərlərimizi ifadə edirdi. Bubayraq xalqımızın dövlətçilik tarixində silinməz izqoydu. Müstəqilliyimizin bərpasından sonra onunyenidən dövlət rəmzi kimi qəbul edilməsi xalqımızıntarixi yaddaşına və milli ideallarına qayıdışın mühümgöstəricisi oldu.

Xalqımızın birliyi və dövlətimizin gücü üçrənglibayrağımızın mənəvi ucalığını daha da artırır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğudövlətçilik strategiyası müstəqil Azərbaycanınmöhkəmlənməsinə, milli həmrəyliyin qorunmasına vəölkəmizin inkişafına geniş imkanlar yaratdı. Prezidentİlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs uğurladavam etdirildi və Azərbaycan tarixi Zəfərə imza atdı. Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyibirlik, ordumuzun qəhrəmanlığı və Ali BaşKomandanın qətiyyətli rəhbərliyi sayəsindətorpaqlarımız işğaldan azad edildi. Bu gün üçrənglibayrağımızın azad ərazilərimizdə dalğalanması millihəmrəyliyimizin və suverenliyimizin rəmzinə çevrilib.

Dövlət Bayrağı Günü hər bir azərbaycanlıya xatırladırki, milli birlik və dövlətə sədaqət xalqımızın ən böyükgüc mənbəyidir. Bayrağımızı sevmək onun ifadə etdiyimüstəqillik, azadlıq, milli kimlik və mənəvi dəyərləriqorumaq deməkdir. Biz bu dəyərləri yalnız sözlə deyil, əməl və fəaliyyətimizlə də yaşatmalıyıq. Hər birvətəndaş ölkəmizin inkişafına, cəmiyyətimizin rifahınavə milli birliyimizin möhkəmlənməsinə öz töhfəsiniverməlidir. Üçrəngli bayrağımızın altında birləşənxalqımız qarşıya qoyduğu bütün məqsədlərə çatmaqqüdrətinə malikdir. Qoy bayrağımızın kölgəsindəAzərbaycan daim güclü, müstəqil və qalib dövlət kimiyaşasın!

Orxan Vəliyev,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button