
Müasir dünyada dövlətlərarası münasibətlərin inkişafı qarşılıqlı etimad, siyasidialoq və ortaq maraqların uzlaşdırılması prinsiplərinə əsaslanır. AzərbaycanRespublikası da xarici siyasətində bu prinsipləri rəhbər tutaraq müxtəlif regionlarlaəməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ölkəmizinCənub-Şərqi Asiya regionu ilə əlaqələrinin inkişafına verdiyi əhəmiyyəti nümayişetdirən mühüm siyasi açıqlama kimi qiymətləndirilə bilər. Dövlət başçısıAzərbaycan-Vyetnam münasibətlərinin mövcud vəziyyətini və gələcəkperspektivlərini geniş şəkildə şərh etmişdir.
Müsahibədə siyasi dialoqun müxtəlif səviyyələrdə davam etdirilməsi xüsusivurğulanmışdır. İki ölkənin dövlət rəhbərləri arasında keçirilən görüşlər, hökumətlərarası komissiyanın fəaliyyəti, müvafiq dövlət qurumları arasındatəmaslar və parlamentlərarası dostluq qruplarının əməkdaşlığı əlaqələrininstitusional əsaslarını möhkəmləndirir. Bununla yanaşı, Yeni AzərbaycanPartiyası ilə Vyetnam Kommunist Partiyası arasında inkişaf edən əməkdaşlıq da siyasi münasibətlərin mühüm istiqamətlərindən biridir. Bu əlaqələr siyasi təcrübəmübadiləsinə və qarşılıqlı anlaşmanın dərinləşməsinə şərait yaradır.
Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edirlər. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət vəEtimad Tədbirləri üzrə Müşavirə və digər beynəlxalq platformalarda qarşılıqlıtəmaslar iki ölkənin qlobal məsələlərə dair dialoqunu genişləndirir. Prezidentİlham Əliyev müsahibəsində Vyetnamın Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığınaverdiyi dəstəyə də toxunmuşdur. Bu dəstək, xüsusilə Vətən müharibəsi dövründəBMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Vyetnamın mövqeyi ikitərəflimünasibətlərdə qarşılıqlı etimadın mühüm göstəricisi kimi təqdim edilmişdir.
Azərbaycanın beynəlxalq tərəfdaşlıq siyasətində Vyetnamla münasibətlərin inkişafısiyasi dialoqun iqtisadi və humanitar əməkdaşlıqla tamamlanmasının əhəmiyyətinigöstərir. Dövlət başçısının müsahibəsində vurğulanan bərabərlik və qarşılıqlımaraqlara hörmət prinsipləri iki ölkənin gələcək münasibətləri üçün əsasistiqamətləri müəyyən edir. Bu baxımdan Azərbaycan-Vyetnam əməkdaşlığımüxtəlif regionları birləşdirən, qarşılıqlı fayda və uzunmüddətli tərəfdaşlıqimkanlarına əsaslanan münasibətlər nümunəsidir.
Fidan Tahirova,
YAP Xəzər rayon təşkilatının fəalı



