
Azərbaycan xalqının tarix boyu ən böyük gücü onun birliyi, həmrəyliyi və millidəyərlərinə bağlılığı olub. Çətin sınaqlarla üzləşdiyi bütün dövrlərdə xalqımız özdövlətinə, torpağına və gələcəyinə inamını qoruyub saxlayıb. Kəlbəcərin azadlığıda bu birliyin və milli iradənin təntənəsi kimi tarixə düşüb. 25 Noyabr – KəlbəcərŞəhəri Günü yalnız bir rayonun azad olunmasını xatırladan tarix deyil, həm dəAzərbaycan xalqının ortaq amal ətrafında birləşərək böyük məqsədlərə nail olabiləcəyini nümayiş etdirən əlamətdar gündür.
Kəlbəcərin işğal altında olduğu illərdə ölkəmiz bu problemin beynəlxalq hüquqnormaları çərçivəsində həllinə nail olmaq üçün ardıcıl siyasi və diplomatikfəaliyyət göstərirdi. Azərbaycan dövləti hər zaman ərazi bütövlüyünün bərpasınıəsas milli prioritet kimi müəyyənləşdirmişdi. Prezident İlham Əliyevin həyatakeçirdiyi müstəqil və prinsipial siyasət nəticəsində ölkəmizin beynəlxalqmövqeləri daha da möhkəmləndi, milli maraqlarımızın müdafiəsi istiqamətindəmühüm uğurlar əldə olundu. Bu siyasət xalqın dövlətə inamını və millihəmrəyliyini daha da gücləndirdi.
2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan tarixindəyeni bir dövrün başlanğıcı oldu. Noyabrın 25-də Kəlbəcərin Azərbaycanaqaytarılması bu böyük Zəfərin mühüm nəticələrindən biri idi. Müzəffər Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlər Azərbaycandövlətinin gücünü, xalqımızın əzmini və ordumuzun qüdrətini bütün dünyayanümayiş etdirdi. Kəlbəcərin azadlığı hər bir azərbaycanlının qəlbində sevinc vəqürur hissi yaratdı, milli birliyin nə qədər böyük gücə malik olduğunu bir dahasübut etdi.
Bu gün azad Kəlbəcər dövlətimizin gələcəyə hesablanmış inkişaf strategiyasınınmühüm istiqamətlərindən biridir. Bölgədə həyata keçirilən quruculuq işləri, yeniinfrastruktur layihələri və iqtisadi imkanların genişləndirilməsi Azərbaycanıngüclü və inkişaf edən dövlət olduğunu göstərir. Kəlbəcərin dirçəlişi ümumxalqhəmrəyliyinin, dövlət-xalq birliyinin və qələbədən sonrakı quruculuq əzmininnəticəsidir. 25 Noyabr hər birimizə xatırladır ki, Vətən sevgisi yalnız sözlə deyil, əməl, birlik və məsuliyyətlə ifadə olunur.
Kamran Mustafayev,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi



