AnalitikaGündəmSiyasət

Kəlbəcər – Gələcək nəsillərə ötürülən əmanət

Vətən torpağı yalnız bu gün yaşayan insanların deyil, həm də gələcək nəsillərinmənəvi sərvətidir. Onu qorumaq, inkişaf etdirmək və tarixi yaddaşını yaşatmaq hərbir vətəndaşın müqəddəs borcudur. Kəlbəcər öz zəngin təbiəti, tarixi abidələri, milli-mədəni irsi və qədim yaşayış ənənələri ilə Azərbaycanın gələcək nəsillərəötürülməli olan ən qiymətli əmanətlərindən biridir. Bu diyarın hər bir guşəsixalqımızın keçmişindən xəbər verir, onun təbiəti isə qorunmağa və gələcəknəsillərə olduğu kimi çatdırılmağa layiqdir.

İşğal dövründə Kəlbəcərin təbiətinə və mədəni sərvətlərinə vurulan ziyan bölgəninqorunmasının nə qədər vacib olduğunu bir daha göstərdi. Meşələr, su ehtiyatları, mineral bulaqlar, tarixi və dini abidələr hər birimizin məsuliyyətini artıran millisərvətlərdir. Kəlbəcərin azadlığı ilə bu sərvətlərin qorunması və bərpası üçün yeniimkanlar yarandı. Artıq əsas məqsədlərdən biri bölgənin təbii zənginliklərindəndüzgün istifadə etmək, ekoloji tarazlığı qorumaq və onun gözəlliyini gələcəknəsillər üçün yaşatmaqdır.

2020-ci il noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi bu əmanətin yenidənöz xalqına qovuşması demək idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatakeçirilən dövlət siyasəti nəticəsində Kəlbəcərdə bərpa və inkişaf prosesləri genişvüsət alıb. Yeni yollar, müasir infrastruktur, yaşayış və sosial obyektlər bölgəningələcək inkişafı üçün mühüm zəmin yaradır. Bu quruculuq işləri yalnız bugünküehtiyacları deyil, həm də gələcək nəsillərin təhlükəsiz və firavan həyatını nəzərdətutur.

Kəlbəcərin gələcəyi onun təbiətinin qorunmasından, iqtisadi potensialınıninkişafından, tarixi irsinin yaşadılmasından və sakinlərinin doğma torpaqda rahatyaşayışının təmin edilməsindən asılıdır. Gənc nəslin bu diyarın tarixi ilə tanışolması, onun qəhrəmanlıq salnaməsini öyrənməsi və milli-mənəvi dəyərlərəhörmət ruhunda yetişməsi xüsusi əhəmiyyət daşıyır. Kəlbəcəri gələcək nəsillərəbütöv, abad və inkişaf etmiş şəkildə çatdırmaq hamımızın ortaq vəzifəsidir. 25 Noyabr bu məsuliyyəti və Vətən qarşısında borcumuzu bir daha xatırladan qürurgünüdür.

Lalə İsmayılova,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button