GündəmSosial

5 milyondan çox vətəndaş dövlət xəstəxanalarına müraciət edib

5 milyon 131 mindən çox vətəndaş bu ilin 11 ayında dövlət tibb müəssisələrində icbari tibbi sığortadan faydalanıb və onlara 86 milyondan çox tibbi xidmət göstərilib.

Obyektivxeber.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”də açıqlayıb.

Onun sözlərinə görə bu ilin ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərdə 4%, tibbi xidmətlərdə isə 12% artım qeydə alınıb. Artım tendensiyası tibbi xidmətlərə çıxışın genişləndiyini və icbari tibbi sığorta sisteminə inamın yüksəldiyini göstərir.

Oxşar Xəbərlər

Back to top button