Analitika

Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyinə töhfə verir

“Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf edir. Əgər biz bunu etməsəydik, əgər bu məsələni prioritet seçməsəydik, bu gün bizim iqtisadi və sənaye inkişafı sual altında ola bilərdi. Bu gün biz öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Yəni, bütün işlər vaxtında aparıldı, ardıcıllıqla aparıldı.

Bu gün dünya dövlətlərinin bir çoxunda enerji təhlükəsizliyi ilə bağlı problemlərin yaşandığı vaxtda Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı rolunu oynaması vaxtında verilmiş bu cür strateji qərarların, atılmış məqsədyönlü addımların nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin inkişaf etdirdiyi və davamlı nailiyyətlərlə zənginləşdirdiyi enerji təhlükəsizliyi kursunun töhfəsidir.

Prezident İlham Əliyevin fevralın 13-də “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVT gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bu məqamı diqqətə çatdırdı ki, stansiyanı xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik. Təməlqoyma mərasimində İtalyanın şirkətləri və naziri iştirak edib. Eyni zamanda Çinin bir şirkəti bu stansiyanın tikintisində iştirak edəcəkdir. Yəni bu işlər xarici əməkdaşlıq çərçivəsində görüləcəkdir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı səsləndirir ki, ölkəmizdə enerji istehsalının artırılması hər zaman diqqət mərkəzindədir.

Əsas hədəf 2030-cu ilə qədər bu rəqəmi 30 faizə çatdırmaqdır. Təməli qoyulan İstilik Elektrik Stansiyasının açılışı 2025-ci ildə nəzərdə tutulub. Bu stansiyanın işə düşməsi ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektro – energetika mərkəzi kimi önəmini daha da artıracaqdır. Hazırda Mingəçevir ölkənin elektroenergetika sahəsində əsas şəhəridir. Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılıb. Reallıq budur ki, Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Bu stansiyanın təməlinin qoyulması ilə Mingəçevir şəhərinin nəinki Azərbaycanın, eyni zamanda, bütün Qafqazın elektro-energetika mərkəzi kimi yeni dövrü başlayır. Təxminən 1300 meqavat gücündə olan stansiya ölkəməzin potensialını daha da gücləndirəcək. Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili təlabatını ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaqdır. Avropa məkanında eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.

Azərbaycanın hər bir layihəni uğurlu sonluqla başa çatdırılması onun etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Bu stansiyanın tikintisində İtaliya şirkətinin iştirakı əməkdaşlığımızın hazırki səviyyəsinin aydın mənzərəsini yaradır. Ümumilikdə ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq ənənəvidir. Bu əməkdaşlıq işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərin də özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyev İtaliya şirkətlərinin bu işlərdə fəaliyyətini yüksək dəyərləndirir.

Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi möhkəmlənən mövqeyi bu hədəfi də böyük əminliklə qeyd etməyə əsas verir ki, neft və qaz layihələri kimi, Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq. Bu gün bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması əsas çağırışlardandır. Azərbaycan bu sahədə də böyük potensiala malikdir. Ölkəmizdə mövcud olan siyasi sabitlik şəraitində günəş, külək, su mənbələrindən istifadə alternativ enerji istehsalını artırır. Bu sahədə zəngin təcrübə qazanan ölkəmizə artan maraq atılan addımlarda özünün aydın ifadəsini tapır.

Dadaşova Gülnarə,
Xəzər rayonu, 123 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button