AnalitikaGündəmSiyasət

Azərbaycan bu gün və gələcək illərdə Avropa istehlakçıları üçün mühüm tərəfdaşdır

Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsindən bəri keçən üç onillik ərzində Azərbaycan – Avropa İttifaqı (Aİ) münasibətləri dinamik inkişaf yolu keçmişdir. Bu münasibətlər siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji tərəfdaşlığı və təhlükəsizlik məsələlərini əhatə etməklə, Azərbaycan xarici siyasətinin və Aİ-nin Cənubi Qafqaz strategiyasının vacib tərkib hissəsinə çevrilmişdir. Azərbaycan ilə Avropa İttifaqı arasında rəsmi münasibətlər müstəqillik dövrünün əvvəlindən qurulmağa başlamışdır. Avropa İttifaqı da Azərbaycanın xarici siyasət prioritetlərində mühüm yer tutur. Aİ, Azərbaycan üçün ən böyük ticarət tərəfdaşı və əsas sərmayə mənbəyidir. Ölkənin xammal (xüsusən xam neft və qaz) ixracının böyük hissəsi Avropa bazarlarına yönəlmişdir ki, bu da Azərbaycan iqtisadiyyatında Aİ-nin rolunu əhəmiyyətli edir. Siyasi baxımdan, Azərbaycan Aİ ilə əməkdaşlığı beynəlxalq arenada öz maraqlarını irəli sürmək üçün platforma kimi görür.

Azərbaycanın Aİ-nin enerji təminatındakı rolu son illərdə daha da artmışdır. Xüsusilə 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın Rusiya qazından asılılığını azaltmaq cəhdləri zamanı Bakı və Brüssel arasında enerji dialoqu intensivləşmişdir. 2022-ci ilin iyul ayında Aİ və Azərbaycan arasında energetika sahəsində Anlaşma Memorandumu imzalanmış və 2027-ci ilə qədər Azərbaycan qazının Aİ-yə tədarükünün təxminən iki dəfə artırılması hədəfi qoyulmuşdur. Artıq 2024-cü ildə Aİ-yə nəql olunan illik Azərbaycan qazının həcmi on il əvvələ nisbətən əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bununla yanaşı, Azərbaycan Avropanın neft təchizatçısı kimi də uzun müddət çıxış edir – Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Xəzər nefti Aralıq dənizinə, oradan isə dünya bazarlarına, o cümlədən Avropaya çatdırılır. Hazırda Azərbaycan Avropa ölkələrinin enerji balansında sabit paya malikdir və bir sıra Cənubi Avropa ölkələri üçün strateji təchizatçı mövqeyindədir.

Yekun olaraq qeyd etmək olar ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər çoxşaxəli və strateji xarakter daşıyır. Tarixi inkişaf yolu göstərir ki, tərəflər arasında əməkdaşlıq qarşılıqlı fayda prinsiplərinə əsaslanaraq mühüm nailiyyətlər əldə etmişdir. Bu əməkdaşlığın əsas sütunlarından biri Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdir. Neft və qazla zəngin olan ölkələrin məsuliyyətinin olması Azərbaycan və digər ölkələr kimi misallarda görünür, çünki onlar, həmçinin yaşıl enerjiyə sərmayə yatırırlar. Beləliklə, düşünürəm ki, hazırda Avropa təsisatları anlayırlar ki, faydalı qazıntıya münasibətdə qorxu aradan qalxmalıdır və praqmatik, realist yanaşma əsas götürülməlidir.

Azərbaycan bu gün və gələcək illərdə Avropa istehlakçıları üçün mühüm tərəfdaşdır. Enerji təhlükəsizliyi baxımından etibarlı təchizatçı kimi rolumuz yalnız artacaq, azalmayacaq, artacaq. Elektrik enerjisini, yaşıl enerjini, hidrogeni, eləcə də yaşıl hidrogeni əlavə etsək, rolumuz daha da böyük olacaq.

Rzayeva Xəyalə,
Xəzər rayonu, 122 nömrəli məktəbin əməkdaşı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button