AnalitikaGündəmSiyasət

Azərbaycan Enerji Ehtiyatlarının Etibarlı Tranzit Ölkəsi Kimi Rolu

Son illərdə Azərbaycan Respublikası qlobal enerjitəhlükəsizliyinin təmin olunmasında mühüm roloynayan ölkələrdən birinə çevrilmişdir. Ölkəninzəngin enerji ehtiyatları strateji coğrafi mövqeyiAzərbaycanı regionda əsas enerji mərkəzlərindənbiri kimi formalaşdırmışdır. Xüsusilə Cənub QazDəhlizi layihəsi çərçivəsində həyata keçiriləngenişmiqyaslı enerji layihələri Azərbaycanınbeynəlxalq enerji bazarında mövqeyini daha da gücləndirmişdir. Bakıda keçirilən Cənub QazDəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin12-ci Yaşıl Enerji Məşvərət Şurası çərçivəsindənazirlərin 4-cü iclası ölkəmizin enerji siyasətininprioritet istiqamətlərinin müzakirə edilməsibaxımından mühüm əhəmiyyət kəsb etmişdir. Bu iclaslarda Azərbaycan Respublikasının Prezidentitərəfindən səsləndirilən fikirlər ölkəmizin enerjistrategiyasının gələcək inkişaf istiqamətləriniaydın şəkildə ortaya qoymuşdur. Azərbaycan təkcəenerji resurslarına malik ölkə kimi deyil, eynizamanda bu ehtiyatların beynəlxalq bazarlaratəhlükəsiz sabit şəkildə çatdırılmasını təminedən etibarlı tranzit ölkəsi kimi tanınır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən CənubQaz Dəhlizi layihəsi Avropanın enerjitəhlükəsizliyinin təmin olunmasında mühüm roloynayır bir sıra ölkələr üçün alternativ enerjimənbələrinin formalaşmasına töhfə verir. Bu layihə Xəzər regionunun enerji ehtiyatlarınınAvropa bazarına nəql edilməsini təmin edənstrateji enerji infrastrukturu sistemidir. Layihəninəsas komponentləri olan TANAP TAP borukəmərləri vasitəsilə Azərbaycan qazı müxtəlifölkələrə çatdırılır. Bu isə Azərbaycanı beynəlxalqenerji əməkdaşlığının vacib iştirakçılarından birinəçevirir. Azərbaycanın enerji siyasətində son illərdəyaşıl enerji istiqamətinə xüsusi diqqət yetirilməsi diqqətəlayiqdir. Bərpa olunan enerjimənbələrinin inkişafı, xüsusilə günəş küləkenerjisi layihələrinin həyata keçirilməsi ölkəmizinenerji strategiyasında yeni mərhələnin başlanğıcınıqoymuşdur. Bu istiqamətdə beynəlxalqtərəfdaşlarla əməkdaşlıq genişlənir Azərbaycanın enerji sektorunda dayanıqlı inkişafıntəmin olunmasına xidmət edir. Yaşıl EnerjiMəşvərət Şurası çərçivəsində keçirilən müzakirələr göstərir ki, Azərbaycan təkcə ənənəvi enerjiresurslarının ixracı ilə kifayətlənmir, eyni zamandaekoloji baxımdan təmiz davamlı enerjimənbələrinin inkişafına da xüsusi önəm verir. Bu isə ölkəmizin beynəlxalq enerji siyasətindəməsuliyyətli müasir yanaşma nümayişetdirdiyini göstərir. Nəticə etibarilə demək olar ki, Azərbaycan enerji ehtiyatlarının hasilatı ixracıilə yanaşı, onların təhlükəsiz etibarlı tranzitinintəmin olunmasında da mühüm rol oynayır. Ölkəmizin həyata keçirdiyi enerji layihələriregional qlobal enerji təhlükəsizliyinəəhəmiyyətli töhfə verir. Azərbaycanın təşəbbüsüilə reallaşdırılan layihələr gələcəkdə beynəlxalqəməkdaşlığın inkişafına, enerji resurslarınınşaxələndirilməsinə dayanıqlı enerji sistemininformalaşmasına xidmət edəcəkdir.

Könül İbrahimova,
YAP Yasamal rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button