AnalitikaGündəmSiyasət

Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan  Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamla birdə  mətbuata bəyanatlarla çıxış ediblər. bəyanatla əlamətdar olub.Prezident İlham Əliyev çıxışında bildirib ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək.”Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusi əhəmiyyət daşıyır. Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir”.

Dövlət başçılarının keçirdikləri görüşlər çərçivəsində bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı da fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı var. İmzalanmış sənədlər 5 il bundan sonra ölkəmizə 6500 meqavat gücündə bərpaolunan enerji qazandıracaq. Vyetnam şirkətləri də bu layihələrə investisiya qoymağa dəvət edildilər. Eyni zamanda, Azərbaycan tərəfinin Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazır olduğu diqqətə çatdırılıb.

2013-cü ildə Vyetnam Milli Assambleyasında Vyetnam-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu, Azərbaycan Milli Məclisində isə Azərbaycan-Vyetnam Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu yaradılmışdır. Bu qruplar qarşılıqlı səfərlər və birgə tədbirlər vasitəsilə əlaqələrin möhkəmlənməsinə töhfə vermişdir. Eyni zamanda, 2017-ci ildə İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası təsis edilmişdir. Komissiyanın 2017-ci ildə Hanoyda keçirilən ilk iclası və 2018-ci ildə Bakıda keçirilən ikinci iclası iqtisadi əməkdaşlığın inkişafına yeni imkanlar açmışdır.

Bundan əlavə, təhsil sahəsində də əməkdaşlıq genişlənməkdədir. Vyetnamlı tələbələrin Azərbaycanda təhsil alması, mübadilə proqramları və elmi-tədqiqat layihələrinin icrası bu istiqamətdə əsas prioritetlərdəndir. Səhiyyə, ekologiya və mədəniyyət sahələrində birgə layihələr, humanitar missiyalar və innovativ təşəbbüslər də əməkdaşlıq üçün geniş imkanlar açır. Nəticə olaraq, Azərbaycan ilə Vyetnam arasında mövcud olan dostluq münasibətləri təkcə keçmişin mirası deyil, eyni zamanda gələcəyə doğru atılan strateji addımlardır. Bu əlaqələr qarşılıqlı maraq və etimada əsaslanır və hər iki ölkənin rifahı naminə yeni üfüqlər açmağa davam edir.

Elmir Rzayev,
YAP Şuşa rayon təşkilatının əməkdaşı:  

Oxşar Xəbərlər

Back to top button