AnalitikaGündəmSiyasət

Azərbaycan-Macarıstan əlaqələri-Tarixi dostluqdan müasir əməkdaşlığa

Tarixi ənənələrə və sadiqlik dəyərlərinə söykənən Azərbaycan-Macarıstan əlaqələrinin yüksələn xətlə inkişafı cənab Prezidentin 20 may tarixində Macarıstana baş tutan işgüzar səfərində, görüş çərçivəsində aparılan müzakirələrdə, həmçinin Macarıstan Prezidenti Viktor Orbanla verilən birgə bəyanatda öz əksini tapmışdır. Yaxın tarixdə ölkəmizin müharibə tərəfi, Macarıstanın isə müharibə ocağı ilə həmsərhəd olmasının hər iki ölkə qarşısında yaranmış yeni reallıqlara oxşar adekvat reaksiyanın verilməsi ilə nəticələndiyi diqqətə çatdırılmışdır. Belə ki, BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququndan istifadə edərək 30 illik işğala son qoymuş Azərbaycan, sərhədində 3 ildir davam edən müharibədən iqtisadi və sosial cəhətdən əziyyət çəkən Macarıstanın mövcud vəziyyətini çox yaxşı anlayır və bütün platformalarda öz dəstəyini ifadə edir. Xüsusilə enerji təhlükəsizliyi sahəsində Azərbaycan da daxil olmaqla türkdilli dövlətlərin dəstəyini vurğulayan cənab Orban ölkəmizin neft yataqlarında payçı olmaqlarından məmnunluğunu ifadə etmişdir. Həmçinin bildirilmişdir ki, enerji təhlükəsizliyi və neft-qaz sahəsində tərəfdaşlıq iqtisadi səmərəliliklə yanaşı mənəvi yardımlaşma baxımından da vacibdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev də öz növbəsində ölkəmizin iqtisadi perspektivləri, Pan-Avropa qaz təchizatçısı kimi Avropada artan nüfuzu və gələcək əməkdaşlıq imkanları ilə bağlı qeydlərini bölüşmüşdür. Macarıstan şirkətlərinin “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında investor olduqlarını xatırladan cənab Prezident növbəti ildən qurudakı neft yataqlarının da istismarında Macarıstan şirkətlərinin iştirak edəcəyini bildirdi. 12 Avropa ölkəsinə qaz ixrac edən Azərbaycanın miqyası və mahiyyətinə görə xüsusi nəzərə çarpan yaşıl enerji gündəliyi bəyanatda toxunulan əsas mövzulardan oldu.

Azərbaycanın təşəbbüskarı olduğu və Birinci Zirvə görüşünün Şuşada keçirildiyi Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün bu il Macarıstanda keçirilməsi tamhüquqlu deyil, müşahidəçi kimi iştirak etməsinə baxmayaraq Macarıstanın bu strateji tərəfdaşlıqda marağını ifadə etməkdədir. Azərbaycan isə Avropada müstəqil siyasət yeridən Macarıstanın daim yanında olduğunu, müasir çağırışlara cavab verməkdə həmrəylik nümayiş etdirdiyini dəfələrlə bildirmişdir. Tarixi köklərə bağlı bu iki xalqın və dövlətin dostluğunun iqtisadi, sosial, energetika, strateji tərəfdaşlıq və s. sahələrdə də öz əksini tapması ilə bağlı davamlı addımların atılmasının vacibliyi xüsusilə diqqətə çatdırılmışdır.

Ülvi Həsənzadə,
YAP Şuşa rayon təşkilatının 44 saylı ərazi partiya təşkilatının sədri 

Oxşar Xəbərlər

Back to top button