
Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. Pakistan İslam Respublikasının Bakıda Səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda Səfirliyi 24 avqust 1997-ci ildə təsis edilmişdir. Pakistan İslam Respublikası Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyərək Ermənistanın təcavüzünü daim pisləmişdir. Pakistan İslam Respublikası işğalçı Ermənistanı rəsmən tanımamış və bu ölkə ilə diplomatik əlaqələr qurmamışdır. 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ildə Milli Assambleyanın Xarici İşlər Komitəsi Xocalı Soyqırımını tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul etmişdir. Pakistan, həmçinin İkinci Qarabağ müharibəsində Azərbaycanla həmrəylik nümayiş etdirmişdir. 2020-ci ilin oktyabr ayında Pakistan Milli Assambleyası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində Ermənistanın təcavüzünü pisləyən qətnaməni yekdilliklə qəbul etmişdir. Pakistan Senatında Kabinet Katibliyi üzrə daimi komitə tərəfindən Azərbaycana qarşı Ermənistanın təcavüzünü pisləyən və ölkəmizə dəstək ifadə edən qətnamə yekdilliklə qəbul edilmişdir. Azərbaycan Respublikası Pakistan İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Sözsüz ki, bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır. İki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafında Heydər Əliyev Fondunun xüsusi rolu vardır.
Azərbaycan və Pakistan dövlətləri arasındakı siyasi, iqtisadi əlaqələr əməkdaşlıq, qardaşlıq münasibətlərinə əsaslanır. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri bunun əməli göstəricisidir. Səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini daha da gücləndirəcək. Münasibətlərin inkişafını beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməklə davam etdirəcəyik. Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir. Ölkələrimizin ərazi bütövlüyünə, suverenliyinə güclü dəstək veririk. Bu məqsədlə qarşımızda çox geniş sərmayə gündəliyi dayanır. Bu dinamika ölkələrimiz arasında sıx münasibətləri əks etdirir. Qarşılıqlı görüşdə ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə edilib. Ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd olunub. Ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyəti bir daha vurğulandı. İki qardaş ölkə olaraq beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk. Beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edərək iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik. Beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı mövqeyimiz və baxışlarımız tam üst-üstə düşür. Bu gün zəmanəmizin beynəlxalq gündəliyində duran çoxsaylı məsələləri müzakirə edildi. Müzakirələrimizin nəzərəçarpan hissəsini ticari və iqtisadi sektorlara həsr edir. Ticarət dövriyyəmiz cəmi bir neçə on milyonlarla ölçülməsi təəssüfləndirici olasa da bu istiqamətdə mühüm addımlar atılması əsas hədəflərimizdəndir. Bir sözlə, ticarət dövriyyəmizin artırılması qarşılıqlı inkişafın təmin edilməsi üçün əhəmiyyətli olacaq. Qarşılıqlı müzakirələr nəticəsində çox realist hədəfləri müəyyən edildi. Nəticədə bir ay ərzində bütün müzakirələr yekunlaşmalı və aprelin əvvəlində sənədlər imza üçün hazırlanmalıdır. Həmin layihələr həm infrastrukturun inkişaf sahələrini, həm energetika, mədən işi kimi müxtəlif sahələri əhatə edir.
Bu səfər zamanı bir çox sazişlər imzalanmışdır. Beləliklə, cənab Baş nazir Məhəmməd Şahbaz Şərifin səfəri zamanı imzalanmış sazişlərin ümumi sayı 10-dan artıqdır. Bir sözlə, onlar gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq. Sərmayə planlarımız əsasında, əminik ki, ticari dövriyyəmizin artımını da görəcəyik. Bu gün müzakirə etdiyimiz məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunmuşdur. Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlıqlardan artıq alıb. Onların keyfiyyəti məmnunluq gətirir. Beləliklə bu işi davam etdirəcəyik. Eyni zamanda, müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə edildib. Bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq.
İqitisadi inkişafın əhəmiyyəti istiqamətlərindən biri logistikadır. Bu səbəbdən nəqliyyat və kommunikasiyalar əsas müzakirə mövzusudur. Müzakirə edilən digər mühüm sahə bağlantı və daşımalardır. Beynəlxalq daşımalar dəhlizlərinin ayrılmaz hissəsi olan Azərbaycanın daşımalar infrastrukturunun imkanlarının artırılması məqsədilə cənab Baş nazirə planlarımız, müqavilələr və imzaladığımız razılaşmalar barədə məlumat verilib. Azərbaycan Şimal-Cənub və ya Şərq-Qərb dəhlizlərinin hər ikisində iştirak edir. Əlbəttə ki, bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir. Bir-birinə yaxın yerləşən ölkələr bu cür çoxtərəfli əməkdaşlıq formatında iştirak etdiyi zaman vəziyyət bizim regionlarda daha proqnozlaşdırılan olur. Bu, həmçinin regional sabitliyin mühüm meyarıdır. Qonşu dövlətlər arasındakı sabit, əməkdaşılığa əsaslanan münasibətlər bu səbəbdən böyük əhəmiyyət daşıyır.
Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Görüş əsnasında güclü qardaşlıq əlaqələri bir daha vurğulandı. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Hər iki tərəfdən qonaqların artan sayı bunun müsbət göstəricisidir. Dövri əsaslarla uçuşlara gəldikdə, əminik ki, onların sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq. Pakistan baş nazirinin dövlət səfəri çərçivəsində böyük şirkət nümayəndələrinin iştirakı ilə Bakı şəhərində biznes-forum təşkil edilib. Forum dövlətlərin ikitərəfli gündəliyini əks etdirir. Azərbaycan bu məsələdə maraqlıdır. Hesab edirik ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri biznes dairələri üçün yaxşı bir platforma olmalıdır. Bəzən bizim daha fəal biznes təmaslarımıza mane olan məsələ planlarımız, iqtisadi gündəliyimiz, infrastruktur layihələri ilə bağlı məlumatın olmamasıdır. Həmin boşluğu doldurmaq üçün bu cür toplantılar çox vacibdir. Çünki biznes-forum çərçivəsində müxtəlif təqdimatlar keçirilir, biznes imkanları təqdim edilir, hüquqi formatlar, vergi və gömrüklə bağlı məsələlər müzakirə olunur. Bunun hamısı biznes dairələri və işgüzar insanlar üçün çox vacibdir ki, onlar yeni bazarlara daxil olsunlar. Azərbaycandakı biznes mühiti və bizim hökumətimizin səyləri sayəsində xarici və daxili sərmayənin cəlb edilməsi haqqında kifayət qədər məlumat təqdim edildi. Bu da xalqımız və dövlətimiz üçün geniş imkanlar yaradıb ki, yeni iş yerləri açılsın və zəruri infrastruktur qurulsun. Gözəl siyasi münasibətlərimiz, əlbəttə ki, qarşılıqlı sərmayə səviyyəsində öz əksini tapmalıdır. Ötən ilin yayında dövlət başçısının Pakistana səfəri zamanı bəyan edilmişdi ki, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq. Azərbaycan Pakistan arasındakı əlaqələr daha böyük hədəflər üçün inkişaf etməkdədir.
Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi