AnalitikaGündəmSosial

Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır

Qadınlar Günü 1911-ci ildə Sosialist Qadınların Kopenhagendə keçirilən ikinci konfransında qəbul edilmişdi. Bu gün ilk dəfə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ-də qeyri-iş günü və dövlət səviyyəli bayram elan olunmuşdur. Bu bayram dünyanın bir çox ölkələrində geniş qeyd olunur.

Ümummilli liderimiz Heydər Əliyev qadınlarımız barədə «Mən dünyanın çox yerində olmuşam. Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm» demişdir. Ulu öndər həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşmışdır.

Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır. Bu gün Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Azərbaycan xalqının min illərdən üzə bəri gələn adət-ənənələrində də qadına, anaya rəğbət aşılanmışdı. Müstəqilliyimizin ilk illərində Qarabağ döyüşlərinin ön səngərlərində qəhrəmanlıqla vuruşan qadınlarımızla fəxr edirik. Müasir dövrdə Azərbaycan qadını inkişaf etmiş sivil ölkələrin qadınlarından heç nə ilə geridə qalmır, hətta elmin bir sıra sahələrində öndə gedir. 1998-ci ildə Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin Qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə ölkəmiz Qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyaya qoşulmuşdur. Hal-hazırda Azərbaycanda qadınlara diqqət və qayğı ölkə başçısı İlham Əliyevin yürütdüyü siyasətin ayrılmaz tərkib hissəsi olaraq qalır. Biz də fəal vətəndaş olaraq ölkə rəhbərinin qadın siyasətini örnək bilirik və Azərbaycan qadının həmişə uca tuturuq.

8 Mart bayramınız mübarək olsun!

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Back to top button