GündəmSosial

YAP Binəqədi rayon təşkilatının Biləcəri qəsəbəsində yerləşən üç ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələrlə bağlı görüşlər keçirilib

Görüşü giriş nitqi ilə açan ərazi partiya təşkilatının sədrləri bildirdilər ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident, Partiyanın Səri cənab İlham Əliyevin geniş məzmunlu və proqram xarakterli nitqində dövlətçilik xəttinin əsası müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan maksimum istifadəni nəzərdə tutan davamlı siyasi kurs kimi təqdim olunur. Çıxışın mahiyyətindən görünür ki, dövlətçilik anlayışı yalnız idarəetmə və siyasi hakimiyyət məsələsi kimi deyil, həm də milli suverenlik, iqtisadi özünütəminetmə, hərbi güc və xarici siyasətdə müstəqil qərarvermə qabiliyyəti kimi nəzərdən keçirilir. Prezident bu xətti açıq şəkildə “müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial” anlayışları ilə ifadə edib. Çıxışın ən mühüm siyasi mesajı da məhz müharibədən sonrakı dövlət quruculuğu mərhələsinə keçidlə bağlıdır. Belə ki, ərazi bütövlüyünün və suverenliyin bərpası dövlət qarşısında yeni məsuliyyət yaradır. Bu baxımdan VIII Qurultayın dövlətçilik fəlsəfəsini bir cümlə ilə belə ümumiləşdirmək mümkündür: əvvəlki mərhələnin əsas məqsədi müstəqil və ərazi bütövlüyünə malik dövlət yaratmaq idisə, yeni mərhələnin əsas siyasi problemi həmin dövlətin gücünü və dayanıqlılığını uzunmüddətli institusional inkişafla möhkəmləndirməkdir.

Görüşlər qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.

 

Oxşar Xəbərlər

Back to top button