Azərbaycan sona qədər Türkiyəyə öz dəstəyini göstərəcəkdir

Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyasına qardaş ölkə mətbuatı geniş yer ayırıb.
Prezident İlham Əliyevin Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verməsi, ölkəmizin və xalqımızın qardaş Türkiyənin yanında olmasını ifadə etməsi, eləcə də dövlət qurumları ilə yanaşı, sadə vətəndaşlarımızın da yardım kampaniyasına qoşulması xüsusi vurğulanıb.
Xilasedicilər hələ də dağıntılar altında sağ qalanları axtarırlar, lakin zəlzələdən təxminən 100 saat keçdikdən sonra ümidlər azalır. Dondurucu hava hazırda sığınacaq, su və yeməksiz qalan minlərlə xilas olmuş insanın həyatını təhlükə altına alır. Türkiyə Prezidenti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Böyük beynəlxalq yardım səyləri sürətlənir. Cümə axşamı günü Dünya Bankı əsas infrastrukturun bərpası və zəlzələlərdən zərər çəkənlərə dəstək üçün Türkiyəyə 1,78 milyard dollar yardım ayırıb. Bölgədə çalışan yüz mindən çox xilasedici heyətin xilasetmə səyləri nəqliyyat vasitələrinin çatışmazlığı və dağılmış yollar da daxil olmaqla, bir sıra maddi-texniki maneələr səbəbindən ləngiyir.Dünyanın bir çox bölgələrindən Türkiyəyə yardım göndərilib. İsrail, Yaponiya, İtaliya, İspaniya, İndoneziya, ABŞ və s… .Bu birdaha sübut etdi ki, insanlıq ölməyib.
Baş nazir Əli Əsədov Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyənin Vitse-prezidenti Fuat Oktaya ünvanladığı başsağlığı məktubunda qeyd edib. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər Azərbaycan xalq tək bir ürək, tək bir yumruq olub yardım toplayır. 50-dən artıq yük maşını Türkiyəyə göndərilib. Qeyd etmək lazımdır ki, bu fəlakət nəticəsində Hatay, Kahramanmaraş, Qaziantep və digər bölgələrdə xəstəxanalarda ziyan görüb. Buna görə yaralıların müəyyən bir qismi Ankara, İstanbul və digər xəstəxanalara yerləşdirilib. Prezident İlham Əliyev Türkiyədəki yaralıları Azərbaycan xəstəxanalarında yerləşdirilə biləcəyini. Bunun üçün hazır olduğumuzu bildirib. 44 günlük müharibəmizdə yanımızda olan qardaşımızın hər daim yanındayıq. Biz əminik ki daha öncə də olduğu kimi Türkiyə bu yaralarına baxmayaraq daha güclü ayağa qalxacaq. Bu yaraları birlikdə sarıyacağıq.
Gülarə Məmmədova,
Xəzər rayonu, 241 saylı məktəbin müəllimi