AnalitikaGündəmSiyasət

Azərbaycan və Qazaxıstan arasındakı fəal qarşılıqlı fəaliyyət çox ciddi geosiyasi əhəmiyyətə malikdir

“Azərbaycan və Qazaxıstan arasında münasibətlər intensiv şəkildə inkişaf edir. Hətta son üç ildə 10-dan çox qarşılıqlı səfərin baş tutması bu əlaqələrin inkişafının miqyası və tezliyi barədə əyani təsəvvür yaradır. Bu da təsadüfi deyildir. Çünki, xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Elə dövlətlərarası münasibətlər də məhz bu əsaslar üzərində qurulub və inkişaf edir”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Qazaxıstan hər zaman bütün beynəlxalq platformalarda Azərbaycanı dəstəkləyib, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına kömək edib: “Cənubi Qafqazda müharibə dövrü bitdikdən sonra Azərbaycanın sülh təşəbbüsləri nəticəsində regionda yeni reallıqlar formalaşdı. Bununla da həm sabitlik, təhlükəsizlik bərqərar oldu, həm də geniş əməkdaşlıq platformasının qurulması baş verdi. Təsadüfi deyil ki, Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb və ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Yük Aktau-Bakı dəmir yolu vasitəsilə, daha sonra isə Azərbaycan-Gürcüstan marşrutu ilə Ermənistana çatdırılacaq. Beləliklə də, bu, Şərqdən Qərbə kəsintisiz və fasiləsiz yük daşımaları yolunun işləməsinə ilkin nümunə oldu. Şübhə yoxdur ki, geniş Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanacaq və vahid coğrafi məkan çərçivəsində çıxış edəcək”.
“Bu gün Azərbaycan və Qazaxıstan arasında fəal qarşılıqlı fəaliyyət həm də çox ciddi geosiyasi əhəmiyyətə malikdir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Orta Dəhlizin daha bir marşrutu olan və 15 milyon ton yük dövriyyəsinə malik Zəngəzur dəhlizi Asiyadan Avropaya və əks istiqamətdə keçən yüklərin həcmini daha da artıracaq.

Oxşar Xəbərlər

Back to top button