AnalitikaGündəmSiyasət

Azərbaycan və Somali arasında enerji və infrastruktur sahələrində əməkdaşlıq imkanları açılır

12 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Maxamud arasında rəsmi görüş baş tutdu. Bu görüş, iki ölkə arasında mövcud olan əlaqələrin daha da genişləndirilməsi və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi məqsədi daşıyırdı. Görüş zamanı tərəflər siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələri müzakirə edildi.

İqtisadi əməkdaşlıq xüsusi diqqət mərkəzində oldu. Azərbaycanın enerji, kənd təsərrüfatı və infrastruktur sahələrindəki təcrübəsi ilə Somali üçün yeni imkanlar yaradıla biləcəyi qeyd edildi. Eyni zamanda, təhsil və səhiyyə sahələrində birgə layihələrin həyata keçirilməsi istiqamətində addımlar atılması planlaşdırılır. Bu, hər iki ölkənin inkişaf strategiyalarına uyğun olaraq qarşılıqlı fayda prinsipinə əsaslanır.

Görüşdə həmçinin təhlükəsizlik və regional problemlərə dair məsələlər də müzakirə edildi. Azərbaycanın Qarabağ münaqişəsinin həlli yolu ilə əldə etdiyi təcrübə, Somali üçün də faydalı ola biləcək təhlükəsizlik və sabitlik strategiyalarının müəyyənləşdirilməsində mühüm rol oynaya bilər. Hər iki ölkənin terrorizm və digər transmilli təhlükələrlə mübarizə sahəsində əməkdaşlıq imkanları da araşdırıldı. Mədəni və humanitar əlaqələr də görüşün əsas mövzularından biri idi. Azərbaycanın qədim mədəniyyəti ilə Somali’nin zəngin tarixi irsi arasında əlaqələrin gücləndirilməsi, tələbə mübadiləsi proqramları və birgə mədəni tədbirlərin təşkili kimi layihələr müzakirə edildi. Bu, xalqlar arasında qarşılıqlı anlaşmanın artırılmasına xidmət edəcək.

Görüşün nəticəsi olaraq, iki ölkə arasında yeni sənədlər imzalanması və diplomatik əlaqələrin daha da möhkəmləndirilməsi qərara alındı. Bu, Azərbaycanın Afrika ölkələri ilə əlaqələrini genişləndirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Hər iki lider görüşün uğurlu və məhsuldar olduğunu vurğulayaraq, gələcək əməkdaşlığın perspektivlərinə inamlarını bildirdilər.

Kamran Mustafayev,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button