AnalitikaGündəmSiyasət

Azərbaycan və Vyetnam arasında qurulan diplomatik münasibətlər

Bu gün Azərbaycanla Vyetnam arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub və bu inkişaf mərhələsi gələcəkdə iki ölkə üçün böyük prespektivlər vəd edir. Həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən qlobal enerji layihələri, eləcə də ölkəmizin beynəlxalq nəqliyyat qovşaqlarının mərkəzinə çevrilməsi bu prosesi daha da sürətləndirir.Bu baxımdan Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-də Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev çıxışında bildirib ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusi əhəmiyyət daşıyır. Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksək səviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var”.

Azərbaycanın SOCAR ilə Vyetnamın “Binh Son Refining and Petrochemical JSC” şirkəti arasında bağlanmış müqavilə iki ölkənin enerji bazarlarında birgə fəaliyyət niyyətlərini təsdiqləyir. Bu, Azərbaycan üçün enerji məhsullarının ixrac coğrafiyasının genişlənməsi, Vyetnam üçün isə texnologiya transferi baxımından əhəmiyyətlidir. Humanitar körpülər də dayaıqlı sütunlar üzərində qurulub. Yumşaq güc siyasətinin nəticələri sevindiricidir.

Azərbaycan və Vyetnam arasında qurulan diplomatik münasibətlər qısa müddətdə böyük irəliləyiş əldə etmişdir. Yüksək səviyyəli səfərlər, institusional mexanizmlər və mədəni təşəbbüslər bu əlaqələrin davamlı inkişafını təmin edir. Gələcəkdə bu münasibətlərin daha da dərinləşəcəyi və hər iki ölkə üçün qarşılıqlı fayda gətirəcəyi gözlənilir.

Rəsmiyyə Məmmədova,
YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button