
Hazırda Azərbaycanda qızılcaya yoluxma halı kəskin azalıb.
Obyektivxeber.az xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, say artımı ilə əlaqəli pasiyentlər Məhəmmədidə yerləşən modul tipli xəstəxanada müalicə olunurdu: “Hazırda ölkədə qızılcaya yoluxma ilə bağlı narahatlıq yoxdur”.