AnalitikaGündəmSiyasət

Azərbaycanın həm daxili, həm də xarici siyasəti milli maraqların qorunmasına xidmət edir

Azərbaycanın həm daxili, həm də xarici siyasəti vətəndaş təhlükəsizliyinin, yəni milli maraqların qorunmasına xidmət edir. Hazırda müstəqil siyasət yürüdən Azərbaycan dövləti xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi və humanitar müttəfiqlərini seçərkən ictimai və dövlət maraqlarını hər şeydən üstün tutur. Azərbaycan xarici qüvvələrin diktəsinə məhəl qoymur, milli maraqlarının müdafiəsinə istiqamətlənmiş münasibətləri yaxşılaşdırmaq yolunda addımlayır. Prezident İlham Əliyevin liderliyi ilə uğurla həyata keçirilən daxili və xarici siyasət kursu çoxşaxəli inkişafı və sabitliyi təmin edib. Sözsüz ki, dövlət vətəndaşının fəal olmasına və onun dövlətin problemlərinin həlli üçün istənilən an səfərbər olmağı bacarmasına hər zaman çalışmalıdır. Fikrimcə, Azərbaycanın daxili və xarici siyasətində ictimai və dövlət maraqlarının qorunmasını əsasən qənaətbəxş hesab etmək olar. Ölkə Prezidenti bu mənada Azərbaycan vətəndaşlarına əsl nümunədir. Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi ictimai və dövlət maraqlarının diplomatiya sahəsində qorunmasını təmin edə bilib.

Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasət kursu onun Cənubi Qafqazın ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin etmişdir. Bu gün Azərbaycan yeganə ölkədir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır.
Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət  başçısının qeyd etdiyi kimi, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz. Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Nəticədə, Azərbaycan yalnız regionda gedən proseslərdə deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb – xalqına həmişə həqiqəti söyləmək, obyektiv və dürüst olmaq, istənilən şəraitdə beynəlxalq hüquq prinsiplərinə əməl etmək.

Dövlətimizin başçısı özünü risklərdən qorumaq üçün coğrafiyadan istifadə etməyin vacibliyini də vurğulayıb. “Azərbaycana gəlincə, ölkəmizdə risklərin daxili mənbələri yoxdur. Bütün potensial risklər bizim sərhədlərimizdən kənarda formalaşa bilər. Ona görə də sürprizlərdən, fəaliyyətinizlə bağlı olmayan bəzi risklərdən qorunmaq da vacib idi və bu işdə coğrafiyanın mühüm rolu olub”, – deyə Prezident İlham Əliyev bildirib.

O, həmçinin qeyd edib ki, uğurlu siyasətin mühüm amili həm Avropa, həm də müsəlman təşkilatlarının üzvü olan, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və bir çox digərlərinin xətti ilə sammit formatlarında fəal iştirak edən Azərbaycanın nadir ölkələrdən olmasıdır.

Dövlət başçısı əlavə edib: “Bu, həm də hər kəs üçün vacibdir: öz maraqlarını nəzərə alanda, qonşunun da maraqlarına baxmaq lazımdır. Milli maraqların müdafiəsi Azərbaycanın siyasətində fundamental amildir, lakin regional və ya qlobal kontekstdən ayrılıqda bu amildən çox sui-istifadə etmək olmaz. Həmişə vəziyyətə baxmaq, şəraitə sənin qonşunun prizmasından nəzər salmağa çalışmaq lazımdır. Onda çox şey aydınlaşa bilər. Belə olan halda anlaşılmazlığa səbəb olan bir çox məsələ kifayət qədər effektiv nizamlanır”.

Qurbanova Sitarə

Xəzər rayonu 122 nömrəli məktəbin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button