
Azərbaycan, Türkiyə və Pakistan arasında olan münasibətlər dərin tarixi, mədəni və dini bağlara əsaslanır. Bu üç ölkə “üç qardaş” kimi tanınır və son illərdə əməkdaşlıqları müxtəlif sahələrdə sürətlə inkişaf edir. Üç ölkə bir-birinin suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını qəti şəkildə dəstəkləyir.Azərbaycanın 2020-ci ildə Vətən Müharibəsində qazandığı qələbə zamanı Türkiyə və Pakistanın verdiyi dəstək bunu açıq şəkildə nümayiş etdirdi.2021-ci ildə Bakı Bəyannaməsi imzalanaraq üç ölkə arasında strateji əməkdaşlıq rəsmi şəkildə möhkəmləndirildi.
Nəqliyyat və logistika layihələri (məsələn, Zəngəzur dəhlizi, Orta Dəhliz) regional ticarəti artırmaq məqsədi daşıyır.Sərmayə və biznes forumları ilə özəl sektor əməkdaşlığı genişləndirilir.Gənclər, təhsil və mədəniyyət sahələrində birgə layihələr və proqramlar həyata keçirilir.Universitetlərarası əməkdaşlıq, tələbə mübadiləsi və ortaq elmi layihələr artır.
Bu dostluq və qardaşlıq münasibətləri regionda sabitlik, inkişaf və rifahın təmin edilməsində mühüm rol oynayır. Üç qardaş ölkənin birlikdə hərəkət etməsi həm regional, həm də beynəlxalq müstəvidə əhəmiyyətli təsir yaradır.
44 günlük Vətən Müharibəsi – İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu hər gün irəliləyir, işğal olunmuş torpaqlarını bir-bir azad edir, xalq isə hər gün qələbə xəbərləri ilə yaşayırdı.27 sentyabr 2020-ci ildə başlanan əməliyyatlar Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli hücumu ilə başladı.Cəbhənin müxtəlif istiqamətlərində – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan və Şuşa – şanlı zəfərlər qazanıldı.Hər gün işğal altındakı kənd və rayonların azad edilməsi xəbərləri xalqda ruh yüksəkliyi yaradırdı.Noyabrın 8-də – Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın azad edilməsi ilə müharibənin taliyi həll olundu.10 noyabr 2020 tarixində Ermənistan kapitulyasiya aktına imza ataraq işğala son qoydu.Bu zəfər qanla, canla, əzmlə qazanıldı. Minlərlə şəhid və qazimizin fədakarlığı ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.Ermənistanın işğalçılıq siyasəti Azərbaycan üçün ciddi insani, sosial, iqtisadi və mədəni faciələrə səbəb olmuşdur. Xüsusilə Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalı nəticəsində Azərbaycan xalqı uzun illər ərzində böyük əziyyətlərə məruz qalıb.
1990-cı illərdə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşdü.Bu insanlar uzun illər çadır şəhərciklərində və ağır şəraitdə yaşadılar.Ermənistan silahlı qüvvələri və Xankəndidə yerləşmiş keçmiş Sovet qoşunlarının birləşmiş hücumu nəticəsində 613 nəfər (o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca) qətlə yetirildi.Bu, beynəlxalq ictimaiyyət tərəfindən insanlığa qarşı cinayət kimi tanınmağa çalışılır.İşğal olunmuş ərazilərdə yüzlərlə tarixi abidə, məscid, qəbiristanlıq və muzey dağıdıldı və ya təhqir olundu.Azərbaycan mədəni irsinə qarşı vandalizm aktları həyata keçirildi.İşğal nəticəsində Azərbaycan böyük iqtisadi resurslardan məhrum oldu: torpaqlar, su ehtiyatları, meşə və dağ sərvətləri uzun illər işğal altında qaldı.Ümumi iqtisadi zərər milyardlarla dollara hesablanır.
Bu gün Azərbaycan həm azad olunmuş torpaqlarda bərpa və yenidənqurma işləri aparır, həm də regionda sülh və əməkdaşlıq üçün real zəmin yaratmağa çalışır. Azərbaycanın mövqeyi ədalətə, beynəlxalq hüquqa və tarixi həqiqətlərə əsaslanır.
Bu üç qardaş ölkənin birliyi təkcə siyasi və hərbi əməkdaşlıq deyil, ortaq tarix, ortaq mədəniyyət, ortaq dəyərlər və sarsılmaz dostluq üzərində qurulmuşdur. Dünyanın müxtəlif çağırışları qarşısında bu birliyin gücü sülh, ədalət vəsabitlik üçün mühüm nümunədir.
Günel Əlizadə
Yeni Azərbaycan partiyası, məsləhətçi