Analitika

Azərbaycanın nəhəng elektrik stansiyası ölkənin enerji təminatında da mühüm rol oynayacaq

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Prezident cənab İlham Əliyevin uğurla yürütdüyü, düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası nəticəsində Azərbaycan etibarlı strateji tərəfdaş kimi dünyada enerji təhlükəsizliyinin təmin olunmasında böyük önəm daşıyan ölkəyə çevrilmişdir.Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili, xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və yüksək beynəlxalq nüfuza malik olan aktora çevrilib. Azərbaycan son illər ərzində Prezident cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib.Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb edən strateji tərəfdaşdır. Ölkəmizdə icra edilən elektrik enerjisi layihələrinin sırasına fevralın 13-də biri də əlavə olundu. Həmin gün müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük istilik-elektrik stansiyasının təməlqoyma mərasimi keçirildi. Bu istilik elektrik stansiyası Prezident İlham Əliyevin 2022-ci il oktyabrın 25-də imzaladığı sərəncama əsasən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan Mingəçevirdəki “Azərbaycan” İES-in ərazisində yaradılır. Bu məqsədlə yeni elektrik stansiyasında İtaliyanın “Ansaldo Energia” şirkətinin istehsalı olan 4 qaz turbini, 4 generator, Çinin “Dongfang Electric” şirkətinin istehsalı olan 4 util qazan və 4 blok transformator quraşdırılacaq. Bundan əlavə, yeni yüksəktəzyiqli qaz xəttinin, qazpaylayıcı stansiyanın, susoyutma, saf su hazırlanma şəbəkəsinin, idarəetmə və mühafizə sistemlərinin qurulması da həyata keçiriləcək. Beləliklə, Azərbaycanın enerji sistemində 1280 meqavatlıq yeni və nəhəng elektrik stansiyası yaradılacaq. Bu stansiya “Azərbaycan” İES-in heç bir infrastrukturu olmadan müstəqil istismar ediləcək. Paralel olaraq, ümumi səmərəliliyi artırmaq üçün “Azərbaycan” İES-in 7-ci və 8-ci enerji bloklarının mövcud buxar turbinləri zəmanətli əsaslarla modernləşdirilərək 1280 meqavatlıq yeni stansiya ilə əlaqələndiriləcək. Bunun da nəticəsində ümumi güc 1880 meqavat təşkil edəcək. Bu da il ərzində 0,8-1,2 milyard kubmetr qaza qənaət etməyə imkan verəcək. Azərbaycanın Avropa İttifaqına üzv olan ayrı-ayrı ölkələrlə də münasibətləri strateji xarakter daşıyır. Onların sırasında İtaliya ilə münasibətlərin xüsusi yeri var. Ona görə də Prezident İlham Əliyevin qeyd etdiyi kimi,  İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil.Azərbaycanla İtaliya arasındakı yaxın münasibətlər 44 günlük Vətən müharibəsi dövründə də öz təsdiqini tapmışdı. Xatırladım ki, müharibə günlərində İtaliyada Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti əks etdirən sənədlər qəbul edilmişdi. Hərbi əməliyyatlar dövründə həmrəylik və dəstək mövqeyi İtaliya mətbuatında daha intensiv xarakter almışdı. Artıq keçmişdə qalmış Qarabağ münaqişənin həlli ilə bağlı ədalətli mövqe sərgiləyən İtaliyanın 44 günlük Vətən müharibəsi dövründə ortaya qoyduğu mövqe ölkəmizdə yüksək qiymətləndirilib.Müharibə zamanı Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyən İtaliya şirkətləri hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında və bərpasında fəal iştirak edirlər. İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin deyil, böyük coğrafiyanın maraqlarını təmin edir. Onu da bildirməliyəm ki, bizim əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər . Dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı. Yəni bu, doğrudan da, çox strateji tərəfdaşlıqdır və əlbəttə ki, bugünkü mərasim bunu bir daha göstərir.  Azərbaycanın potensialı, o cümlədən yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaqdır. Bu da ölkəmizin böyük enerji daşıyıcısı olan dövlətə çevrilməsinə də böyük imkanlar yaradacaq .Bu lahiyədə İtaliya şirkətlərinin xüsusi çəkisi vardır. İtaliya Azərbaycanın strateji tərəfdaşıdır və İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Energetika sahəsində İtaliya ilə əməkdaşlıq ənənəvi xarakter daşıyır. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsi birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır.Artıq bu gün Azərbaycan bölgədə neft-qaz, enerji ixracatçısı kimi və lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir. Azərbaycanın gündən-günə artan qüdrəti müstəqil dövlətimizin parlaq gələcəyinə və ölkəmizin çiçəklənməsinə çox böyük zəmin yaradır. Azərbaycanın dünya iqtisadiyyatına uğurlu inteqrasiyası ölkəmizin parlaq gələcəyini şərtləndirən vacib amillərdən biridir.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button