
XX əsrin sonlarında torpaqlarımızın 20 faizini işğal edən Ermənistan daha çox ərazilər uğrunda işğalçılıq siyasəti yürüdərək dövlət səviyyəsində soyqırımlar,deportasiyalar həyata keçirirdi. Nəticədə 1988-1993-cü illərdə Azərbaycanın dilbər guşəsi olan Qarabağ və ətraf ərazilərdə yaşayan minlərlə vətəndaşımız el-obasından,evindən məcburi şəkildə didərgin düşdü. Ulu öndər Heydər Əliyevin siyasəti ilə ölkəmiz müstəqilliyini bərpa etdi. Məhz bu müstəqillikdən sonra Azərbaycan hər tərəfli inkişafı bərpa oldu.
2020-ci ildə İkinci Qarabağ müharibəsi ilə uzun illər düşmən əsarətində qalan Qarabağ torpaqları işğaldan azad edildi və ərazi bütövlüyümüz təmin olundu. 5 ildir ki, Azərbaycan Qarabağ zəfərinin yaratdığı reallıqlar əsasında məqsədyönlü siyasət həyata keçirir. Düşməndən azad edilən ərazilərdə inkişaf edən genişmiqyaslı bərpa-quruculuq işləri dövlət siyasətinin üstünlüyüdür.Azərbaycan, beynəlxalq hüquqa əsaslanaraq və ədalət prinsipinə sadiq qalaraq, ərazi bütövlüyünü təmin etmək istiqamətində böyük uğurlar əldə etmişdir. Həm BMT, həm də digər beynəlxalq təşkilatlar, Azərbaycanın ərazi bütövlüyünü tanımış və bu sahədəki mübarizəni dəstəkləmişdir. Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaqla, öz ərazilərini bərpa etmiş və beynəlxalq hüquq prinsipləri ilə mövqeyini möhkəmləndirmişdir. Bu, yalnız Azərbaycan üçün deyil, bütün region üçün mühüm bir siyasi və hüquqi qələbə olmuşdur.
Azərbaycan, yerləşdiyi Cənubi Qafqaz və Xəzər regionunda, həm iqtisadi, həm də siyasi baxımdan mühüm strateji mövqeyə malikdir. Bu mövqe, ölkənin xarici siyasətində uğurlu addımlar atmasına və regionda etibarlı tərəfdaş olmasına şərait yaradıb. Azərbaycan, bölgədəki çoxsaylı geosiyasi və geoiqtisadi faktorları nəzərə alaraq, həm regional, həm də beynəlxalq miqyasda sabitlik və əməkdaşlıq yaratmağa çalışır. Bunun nəticəsində, Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı və güclü bir mövqe tutmağı bacarıb. Azərbaycanın coğrafi mövqeyi, onu Cənubi Qafqaz və Xəzər regionunda mühüm bir tranzit ölkəsinə çevirib. O, həmçinin Avropa və Asiyanı birləşdirən ticarət və nəqliyyat yolları üzərində yerləşir. Xəzər dənizi ilə olan əlaqələri, onu enerji və ticarət sahəsində mühüm tərəfdaşlardan birinə çevirir. Bu mövqe, Azərbaycanın nəqliyyat, enerji və ticarət infrastrukturunun inkişafına təkan verir və onu beynəlxalq bazarlara birbaşa çıxarır.
Azərbaycanın Xəzər dənizindəki yerləşməsi, regiondakı enerji ehtiyatlarının və təbii sərvətlərin istifadə edilməsində də ölkəyə mühüm üstünlüklər qazandırır. Xəzər dənizindəki neft və qaz ehtiyatları, Azərbaycanın enerji ixracını gücləndirərək onu dünya enerji bazarında etibarlı tərəfdaş edəcək gücə sahibdir.
Azərbaycan, Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqeyini qorumaq üçün beynəlxalq aləmdə də fəal siyasət aparır. Azərbaycan, müxtəlif beynəlxalq təşkilatlarda təmsil olunur və bu qurumlarla əməkdaşlıq edərək regional və qlobal məsələlərdə öz mövqeyini ifadə edir. Azərbaycan, həm də Avropa İttifaqı ilə sıx əlaqələr qurub və bu, onun Avropa ilə enerji və iqtisadi əlaqələrinin güclənməsinə kömək edir. Azərbaycan dünya bazarına çıxmaq üçün Ümumdünya Ticarət Təşkilatına( ÜTT) üzv olmu.dur.
Belə ki, 2000-ci ildə Azərbaycan ÜTT-yə üzv olmaq məqsədini bəyan edib və 2004-cü ildə təşkilatla rəsmi danışıqlara başlamağa qərar verib. Bu müddət ərzində Azərbaycan, iqtisadiyyatını liberallaşdırmaq, öz ticarət siyasətini beynəlxalq standartlara uyğunlaşdırmaq və ÜTT-nin bütün tələblərinə cavab vermək üçün çoxsaylı islahatlar həyata keçirib. ÜTT ilə danışıqların bir hissəsi olaraq, Azərbaycan öz ticarət siyasətini təkmilləşdirib və beynəlxalq ticarət qaydalarına uyğun yeni hüquqi çərçivələr yaradıb.
Bu gün Azərbaycan-Çin münasibətlərinin fonunda həm ölkələrin, həm də liderlərin şəxsi dostluq münasibətlərinin yol açdığı uğurları görürük. Şanxay Əməkdaşlıq təşkilatının Zirvə görüşündə iştirak etmək üçün Astanada səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Çin, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan liderləri ilə keçirdiyi görüşlər münasibətlərimizin hər tərəfli inkişafına şərait yaratdı. Bu görüşlər Azərbaycanın, onun Prezidentinin beynəlxalq nüfuzunun təsdiqidir. Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuz qazanması, yerləşdiyi coğrafi məkan, ölkələr, xalqlar arasında qurduğu yeni körpülər daim yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirir.
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətləri də çox yaxşıdır. Bu təşkilatla əməkdaşlıq, Azərbaycanın Qazaxıstan, Çin və Rusiya ilə olan əlaqələrini daha da dərinləşdirir və ölkənin regional və beynəlxalq siyasətdəki mövqeyini gücləndirir.
Prezident İlham Əliyev bildirmişdir ki,Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatında ölkəmizin mövqeyi müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır. Bu, həmin beynəlxalq təşkilatla daha yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Əlbəttə ki, beynəlxalq təşkilatlarla işləyəndə və ya onlarla daha yaxın olmaq istəyəndə təşkilatın tərkibinə, üzv ölkələrinə nəzər salınır. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var.
Azərbaycan prezidenti İlham Əliyevin qabaqcıl siyasəti siyasəti,liderliyi sayəsində ölkəmizdə yoxsulluq 5%-ə enmişdir. Həmçinin prezidentimiz bir sıra böyük tədbirlərə ev sahibliyi edərək dünya ölkələri sırasında önə çıxmağı bacarır. Buna “Yaşıl dünya naminə” keçirilən COP29-u misal göstərə bilərik.
Əliyeva Mətanət,
69 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi