
24 fevral 2025 -ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin görüşü olub. Görüşdən sonra İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbutla görüşüb və bəyanatlarla çıxış ediblər. Ölkə başçımız : Sizi görmək və söhbət etmək imkanı böyük şərəf və iftixar hissi oyadır. Çox şadam ki, dövri təmaslarımız iki qardaş ölkə arasında daha sıx tərəfdaşlıq münasibətlərinə zəmin yaratdığını deyib. Ölkə başçımız İlham Əliyev iki qardaş ölkə arasında beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi olacağımızı qeyd etdi : Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik .
Azərbaycanla Pakistanı tarixi münasibətlər birləşdirir. Hələ XX əsrin əvvəllərində Pakistanda yayılan virusa qarşı peyvəndi azərbaycanlı milyoner Hacı Zeynalabdin Tağıyev göndərmişdir.Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. Pakistan İslam Respublikasının Bakıda səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda səfirliyi 24 avqust 1997-ci ildə təsis edilmişdir. İki ölkə arasında ümumi maraqlara və qarşılıqlı dəstəyə əsaslanan strateji tərəfdaşlıq, qardaşlıq münasibətlərinin uzun tarixi var. Bu strateji münasibət siyasi, iqtisadi, hərbi və mədəni-humanitar sahələri əhatə edir. Yüksək səviyyəli müntəzəm səfərlər və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş mühüm sazişlərin imzalanması ilə möhkəmlənməkdə davam edir. Bu mənada Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin son səfəri də ikitərəfli münasibətlərin inkişafı baxımdan xüsusi maraq doğurur.
Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və bu ölkənin ali siyasi rəhbərliyi ilə etimad münasibətlərini yüksək səviyyədə saxlayır. Bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində xüsusi rol oynayır. Bu da təsadüfi deyil, siyasi, hərbi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş fəal xarici siyasət yürüdən Bakı Pakistana Cənubi Asiya regionunda özünün əsas strateji tərəfdaşlarından biri kimi baxır. Bundan başqa, mədəniyyət və təhsil mübadiləsinin inkişafı Azərbaycan və Pakistan xalqları arasında dostluq əlaqələrini möhkəmləndirir. Bu, ölkələr arasında daha sıx əlaqələr və anlaşma yaratmağa kömək edir. Bu amillər regional təhlükəsizliyin möhkəmlənməsinə, iqtisadi inkişafa və siyasi sabitliyə töhfə verir ki, bu da bütün regiona müsbət təsir göstərir.
Bakı ilə İslamabad arasındakı münasibətlər iki xalq arasında tarixi, mədəni yaxınlığa və qarşılıqlı hörmətə əsaslanan əsl dostluğun nümunəsidir. Təsadüfi deyil ki, Pakistan Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Azərbaycanın Pakistandakı siyasəti bütün əsas sahələrdə strateji tərəfdaşlığa və uzunmüddətli əməkdaşlığa yönəlmişdir. İftixarla qeyd etmək olar ki, möhkəm təməllər üzərində qurulan Azərbaycan – Pakistan qardaşlığı digər ölkələr üçün nümünədir.Dostluğumuz, siyasi anlaşmamız, beynəlxalq səviyyədə düşüncə və hərəkət vəhdətimiz əfsanəvi olub. Bu əfsanəvi dostluq zirvəsinin yaranmasında Prezident İlham Əliyevin dosta sevgi, düşmənə güzəştsiz xarici siyasəti müstəsna əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan Pakistan münasibətləri dünya ölkələri üçün birlik və bərabərlik kontekstində qurulan əməkdaşlıq kimi dünyaya sülh çağırışıdır.
Arzu Yaqubova,
Xəzər rayonu 181 nömrəli məktəbin tarix müəllimi,tarixçi türkoloq