AnalitikaGündəmSiyasət

Azərbaycanla Vyetnam Sosialist Respublikası arasında münasibətlər strateji səviyyədə

Azərbaycan müstəqilliyini elan etdikdən qısa müddət sonra Vyetnam Sosialist Respublikası ilə, 1992 – ci ildə diplomatik münasibətlər qurdu. Hələ Sovet İttifaqının dövründə, 1959 – cu ildə Vyetnam Demokratik respublikasının Prezidenti Ho Şi Min Azərbaycana səfər etmişdi. Ulu Öndər Heydər Əliyev Moskvoda  SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrdə 1983 – cü ildə Vyetnam Demokratik Respublikasında səfərdə olub. Bu səfərlər ölkəmiz arasında əməkdaşlığın möhkəm təməlinə çevrilib.

Prezidentimiz cənab İlham Əliyev bu əməkdaşlığı daha da inkişaf etdirərək strateji səviyyəyə qaldırmışdır. Belə ki, Prezident cənab İlham Əliyev Vyetnam Sosialist Respublikasının “ Vietnam News Agency ” agentliyinə verdiyi müsahibədə əlaqələrimizin tarixi və gələcək perspektivləri haqqında geniş və əhatəli fikirlərini istifadə edib. Prezident İlham Əliyevin 2014 – cü ildə Vyetnama, 2015 – ci ildə Vyetnamın Prezidenti Çionq Tam Şanqın Azərbaycana rəsmi qarşılıqlı səfərləri rəsmi görüşlərlə yanaşı, neft-qaz, energetika, inşaat, maliyyə, ticarət, turizim, nəqliyyat və digər sahələrin işgüzar dairələrin iştirakı ilə Azərbaycan – Vyentam biznes forumu keçirilib. Müxtəlif istiqamətlər üzrə Vyetnam- Azərbaycan Hökumətlərarası Komissiyası yaradılıb. Komissiya birgə təşəbbüslərin səmərəliliyinin artırılmasında vacib platformadır.

Sovetlər dövründə minlərlə vyetnamlı gənc Azərbaycanın müxtəlif ali məktəblərindı təhsil alıb. Onlar peşakar kadrlar kimi o dövrdə də, hal-hazırda da öz ölkələrinin inkişafına töhfələr verirlər. Prezident İlham Əliyev Honoya səfəri zamanı 2014 -cü ildə Azərbaycan ali təhsil almış vyetnamlı məzunlarla görüşmüş, 2015 – ci ildə isə Honoyda Azərbaycanın ali məktəblərinin məzunlarını birləşdirən Azərbaycan – Vyentam Dostluq Assosiyası yaradılıb.

Vyetnam Sosialist Respublikası Kommunist Partiyası Baş katib To Lamın Azərbaycana dövlət səfəri isə qarşılıqlı münasibətləri daha da gücləndirəcək. Səfər zamanı bir sıra sənədlərin imzalanması əlaqələrimizin gələcək uğurlu prespektivlərindən xəbər verir. Xüsusilə, “ Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması Birgə Bəyanat ”ın qəbul edilməsi çox böyük əhəmiyyətə malikdir. Göründüyü kimi Azərbaycanımızın strateji tərəfdaşlarının sayı durmadan artmaqdadır. Mətbuata bəyanatla çıxış edərkən cənab İlham Əliyevin dediyi kimi Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında  Birgə Bəyanat əslində, Vyetnam- Azərbaycan əlaqlərini daha yüksək pilləyə qaldıran bir sənəddir. Dövlət başçımızın dediyi kimi ölkələrimiz bütün sahələrdə, o cümlədən Qoşulmama Hərəkatına və BMT çərçivəsində səmərəli əmakdaşlıq edir. Eyni zamanda, bütün bu əlaqələr Birinci vitse – prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da Vyetnamda önəmli layihələr reallaşdırıb və reallaşdırmaqdadır.

Qeyd olunanları ümumiləşdirərək deyə bilərik ki, Vyetnam Sosialist Respublikası Komminist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri qarşılıqlı münasibətləri daha da gücləndirəcək. Səfər zamanı imzalanmış sənədlər isə əmakdaşlığımız üçün yeni səhifələr açacaq.

Təvəkkül Əliyev,
Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button