
Dövlət şirkəti “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə yeni müdir müavini təyin edilib.
Obyektivxeber.az xəbər verir ki, Nərminə Əsədova Rəcəb qızı “AzerGold” QSC-nin Geoloji kəşfiyyat şöbəsinə müdir müavini təyin olunub.
Nərminə Əsədova 2011-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almışdır. Əmək fəaliyyətinə 2012-ci ildən “Qarant Siğorta” ASC-də mütəxəssis kimi başlayan Nərminə Əsədova 2017-ci ildən isə AzerGold QSC-də müxtəlif vəzifələrdə çalışmışdır. Son təyinata qədər o, Geoloji kəşfiyyat şöbəsinin Geoloji-geofiziki məlumatların təhlili sektorunun müdiri vəzifəsində çalışmışdır. Rus, ingilis və türk dillərini bilir.
Qeyd edək ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına uyğun olaraq təsis edilib, 5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb. “AzerGold” QSC əlvan və qara metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.