İdmanGündəm

“Barselona” İspaniya çempionatında “Atletiko”nu məğlub edib

İspaniya La Liqasının XIX turunun oyununda “Barselona” doğma meydanda “Atletiko”nu 3:1 hesabı ilə məğlub edib.

Obyektivxeber.az un məlumatına görə, qarşılaşma “Kamp Nou” stadionunda baş tutub.

Qələbə qollarını Rafinya (26), Dani Olmo (65) və Ferran Torres (90+6) vurub. “Atletiko”nun heyətində Aleks Baena (19) fərqlənib.

36-cı dəqiqədə “Barselona”nın hücumçusu Robert Levandovski penaltini qola çevirə bilməyib.

“Barselona” 37 xalla liderliyini möhkəmləndirib və çempionatda qələbə seriyasını beş oyuna çatdırıb. Kataloniyalılar ikinci yeri tutan “Real”ı 4 xal qabaqlayır.

“Atletiko”nun bütün yarışlarda 7 oyunluq qələbə seriyası başa çatıb. Komanda 31 xalla dördüncüdür.

“Barselona” çempionatın növbəti matçında “Betis”lə səfərdə, “Atletiko” isə səfərdə “Atletik”lə qarşılaşacaq. Hər iki oyun dekabrın 6-da keçiriləcək.

Oxşar Xəbərlər

Back to top button