
Türkiyə Superliqasının XV turu çərçivəsində İstanbul derbisi baş tutub.
Obyektivxeber.az xəbər verir ki, “Beşiktaş” öz meydanında “Fənərbaxça” ilə qarşılaşıb.
Matç “qara qartallar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 73-cü dəqiqədə Aleks-Oksleyd Çamberlayn fərqlənib.
Qeyd edək ki, hazırda “Beşiktaş” 25 xalla turnir cədvəlində 4-cü, “Fənər” isə 32 xalla 2-cidir.