AnalitikaGündəmSosial

Beynəlxalq Qadınlar Günü sadəcə bir bayram deyil, eyni zamanda qadın haqlarının qorunması və gender bərabərliyi üğrunda mübarizənin bir hissəsidir

Hər il 8 Mart tarixində dünya üzrə milyonlarla insan Beynəlxalq Qadınlar Gününü qeyd edir. Bu gün qadın haqları, gender bərabərliyi və qadınların cəmiyyətdəki rolu kimi vacib məsələlərə diqqət çəkmək üçün bir imkan yaradir. 8 Mart günü ilk dəfə 1909-cu ildə ABŞ-da qeyd olunub. 1910-cu ildə Kopenhagendə keçirilən Sosialist Qadınlar Konfransında alman sosialist aktivisti Klara Setkin bu günün beynəlxalq səviyyədə qeyd olunmasını təklif etdi. Nəticədə, 1911-ci ildə Almaniya, Avstriya, Danimarka və İsveçrədə qadın haqlarının tanınması üçün mitinqlər təşkilan olundu. 1977-ci ildə Birləşmiş Millətlər Təşkilatı 8 Martı rəsmi olaraq “Beynəlxalq Qadınlar Günü” elan etdi. O vaxtdan etibarən bu gün qadın haqlarının qorunması və gender bərabərliyinin təmin olunması məqsədi ilə dünya üzrə qeyd olunur.Bu gün qadınların təhsil alma, iqtisadi fəaliyyətlərə qatılma, siyasi və sosial höquqlarını qoruma kimi əsas haqlarını vurğulamaq üçün bir imkandır. Eyni zamanda, gender bərabərliyinin hələ də bir çox sahədə təmin olunmadığı reallığını diqqətə çəkir.Son illərdə qadınların iş, elm, siyasət və incəsənət sahələrində rolu artmaqdadır. Bir çox ölkə qadın haqlarını qorumaq üçün qanunlar qəbul edir və qadın liderliyini təbliğ edir. Buna baxmayaraq, qadınlar hələ də çox yerlərdə özlərinə qarşı olan ədalətsizliklərə və stereotiplərə qarşı mübarizə aparmaq məcburiyyətindədirlər. Beynəlxalq Qadınlar Günü sadəcə bir bayram deyil, eyni zamanda qadın haqlarının qorunması və gender bərabərliyi üğrunda mübarizənin bir hissəsidir. Bu gün qadınların qazandığı nailiyyətləri qeyd etməklə yanaşı, hələ də həyata keçirilməli olan dəyişikliklərə diqqət çəkmək ünü çəkmək üçün bir fürsətdir. Bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Bu il Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq. Təkcə bu gün yox, sabah da, o biri gün də – daim üzünüz gülsün, əziz xanımlar. Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar–bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button