
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə müasir dövrdə ölkənin qarşısında dayanan əsas vəzifələri, həyata keçirilən dövlət siyasətinin mahiyyətini və gələcəyə yönəlmiş strateji baxışı aydın şəkildə əks etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Dövlət başçısının səsləndirdiyi fikirlər təkcə mövcud vəziyyətin şərhi deyil, eyni zamanda Azərbaycanın uzunmüddətli inkişaf yolunun əsas konturlarını müəyyən edən proqram xarakterli çıxışdır.
Müsahibə zamanı Prezident İlham Əliyev ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasının dövlət siyasətinin başlıca nailiyyətlərindən biri olduğunu vurğuladı. Qlobal miqyasda iqtisadi və siyasi qeyri-müəyyənliklərin artdığı bir dövrdə Azərbaycanın sabitlik adası kimi tanınması həyata keçirilən düşünülmüş və ardıcıl siyasətin nəticəsidir. Dövlət başçısı qeyd etdi ki, sabitlik olmadan inkişafdan danışmaq mümkün deyil və bu baxımdan ölkədə formalaşmış sağlam ictimai-siyasi mühit bütün sahələr üzrə irəliləyiş üçün möhkəm zəmin yaradır.
Prezident İlham Əliyevin müsahibəsində iqtisadi inkişaf məsələləri xüsusi yer tutdu. Dövlət başçısı son illər ərzində həyata keçirilən iqtisadi islahatların artıq real nəticələr verdiyini, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ciddi irəliləyişlərin əldə olunduğunu diqqətə çatdırdı. Qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi, ixrac potensialının artırılması dövlətin əsas strateji hədəfləri sırasında qeyd olundu. Sosial sahə Prezidentin müsahibəsində prioritet istiqamətlərdən biri kimi təqdim olundu. Dövlət başçısı əhalinin rifahının yüksəldilməsinin, sosial ədalətin təmin edilməsinin və vətəndaş məmnunluğunun dövlət siyasətinin mərkəzində dayandığını da diqqətə çatdırdı.
Müsahibədə təhsil və səhiyyə sahəsində aparılan islahatlara da geniş yer verildi. Dövlət başçısı təhsilin insan kapitalının formalaşmasında həlledici rol oynadığını qeyd edərək bu sahəyə qoyulan investisiyaların ölkənin gələcəyinə yönəldiyini vurğuladı. Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin mühüm istiqamətlərindən biri də xarici siyasət məsələləri oldu. Dövlət başçısının çıxışında milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi məsələləri də mühüm yer tutdu.
Nəticə etibarilə, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycan dövlətinin bugünkü reallıqlarını və gələcəyə yönəlmiş inkişaf konsepsiyasını əhatəli şəkildə əks etdirən mühüm siyasi mətn kimi dəyərləndirilə bilər.
Səfiyyə Məlikova,
Xəzər rayonu, R.Qasımov adına216 nömrəli tam orta məktəbin müəllimi



