AnalitikaGündəmSiyasət

Düşənbə səfərindən yadda qalan məqamlar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il oktyabrın 10-da Tacikistan Respublikasının paytaxtı Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında iştirak etmişdir. Dövlət başçısı çıxışında ilk olaraq Tacikistan Respublikasının Prezidenti və xalqını əldə etdikləri uğurlar münasibətilə təbrik etmiş, paytaxt Düşənbənin son illərdə qazandığı sosial-iqtisadi nailiyyətləri yüksək qiymətləndirmişdir. Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan və Tacikistan arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və səmimi əməkdaşlıq prinsiplərinə əsaslanır.

Prezident İlham Əliyev çıxışında mədəni-humanitar əlaqələrin inkişafını da ön plana çıxarmışdır. O, Azərbaycanın Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan olunmasına görə həmkarlarına minnətdarlığını bildirmiş, bu qərarın regionda mədəni inteqrasiyanın güclənməsinə mühüm töhfə verdiyini vurğulamışdır.

Dövlət başçısı, həmçinin, Gəncə şəhərində və digər bölgələrdə keçirilmiş III MDB Oyunlarının MDB məkanında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyini bildirmişdir. Prezident İlham Əliyev bu kimi tədbirlərin xalqlar arasında qarşılıqlı anlayışın və etimadın güclənməsinə mühüm töhfə verdiyini qeyd etmişdir. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.

Sonda Prezident İlham Əliyev Azərbaycanın MDB çərçivəsində əməkdaşlığın genişləndirilməsinə, humanitar və mədəni əlaqələrin möhkəmləndirilməsinə bundan sonra da sadiq qalacağını vurğulamışdır.

Xəzər rayonu, 117 №li məktəbin müəllimi
Hacıyeva Könül

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button