AnalitikaGündəmSiyasət

Gələcək Nəsillərə Əbədi Suverenlik Mirası

Hər bir dövlət rəhbərinin xalq və tarix qarşısında ən böyük missiyası gələcək nəsillərə bütöv, qüdrətli və təhlükəsiz bir ölkə miras qoymaqdır. 2023-cü ilin 20 sentyabr tarixində əldə olunan mütləq suverenlik Prezident İlham Əliyev tərəfindən Azərbaycanın gələcək nəsillərinə bəxş edilmiş ən əbədi və qiymətli sənəddir. Bu zəfər gənclərimizin üzərindən ağır münaqişə yükünü tamamilə qaldırdı.

Bu gün ölkəmizin hər bir guşəsində dalğalanan üçrəngli bayrağımız gənc nəslə milli qürur, vətənpərvərlik və dövlətçilik dərsi keçir. Prezident İlham Əliyev tərəfindən qurulan güclü və suveren Azərbaycan, gələcəyin qurucuları olan gənclərimiz üçün ən möhkəm təməl və ilham mənbəyidir. Gənclərimiz artıq qalib xalqın övladları kimi böyüyür və ölkəmizin inkişafına öz töhfələrini verirlər.

Tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından 20 Sentyabr əbədi bir məktəbdir. Uşaqlarımız və gənclərimiz öyrənirlər ki, suverenlik asanlıqla əldə olunmur; o, güclü liderin iradəsi, xalqın birliyi və ordunun qəhrəmanlığı ilə qorunur. Bu şanlı tarix hər bir azərbaycanlının qəlbində əbədi olaraq yaşayacaqdır.

Dövlət Suverenliyi Günü gələcək nəsillərimizin azad, firavan və qüdrətli Azərbaycanda yaşamasını təmin edən ən müqəddəs bayramdır. Prezident İlham Əliyev tərəfindən yaradılan bu əbədi suverenlik mirası, müstəqil dövlətimizin hər zaman uca olacağının və əsla yıxılmayacağının ən sarsılmaz zəmanətidir.

Nahidə Rzayeva,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Köndələn küçəsi” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button