GündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

İdeoloji təhlükəsizliyin təmin olunmasında təhsilin rolu diqqət mərkəzində olub

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 17” ünvanında fəaliyyət göstərən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə və ideoloji təhlükəsizliyin təmin olunmasında təhsilin roluna həsr olunmuş görüş keçirilib.

Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin həyata keçirilməsində partiya üzvlərinin üzərinə düşən vəzifələrdən danışıb. O, milli dövlətçilik prinsiplərinin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin təbliği və ideoloji təhlükəsizliyin möhkəmləndirilməsində təhsil müəssisələrinin mühüm rolunu vurğulayıb.

145 nömrəli tam orta məktəbin direktoru Vüsalə Əsədova çıxışında təhsil müəssisələrinin gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və məsuliyyətli vətəndaşlar kimi formalaşmasındakı əhəmiyyətindən bəhs edib. O, tədris prosesində müasir yanaşmaların tətbiqinin, şagirdlərdə müstəqil və tənqidi düşüncə bacarıqlarının inkişaf etdirilməsinin, eləcə də ideoloji maarifləndirmənin gücləndirilməsinin vacibliyini qeyd edib.

Digər çıxış edənlər də YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin yerinə yetirilməsi, təhsil müəssisələrində ideoloji maarifləndirmə işinin gücləndirilməsi, milli dövlətçilik prinsiplərinin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi məsələləri ətrafında fikirlərini bölüşüblər.

Görüşdə qeyd olunub ki, təhsil və maarifləndirmə işi cəmiyyətin ideoloji təhlükəsizliyinin təmin olunmasında, milli-mənəvi dəyərlərin qorunmasında və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət daşıyır.

Oxşar Xəbərlər

Back to top button