Gündəm

III MDB Oyunlarının idman və turizm baxımından faydaları

Oktyabrın 10-da Prezident İlham Əliyev Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib. O, çıxışında Tacikistan xalqını əldə etdiyi nailiyyətlər münasibətilə təbrik edib, bu ölkənin paytaxtının sürətlə inkişaf etməsindən məmnunluğunu bildirib. Prezident vurğulayıb ki, Azərbaycan və Tacikistan arasında münasibətlər dostluq və qarşılıqlı hörmətə əsaslanır.
İlham Əliyev çıxışında mədəni əməkdaşlıq məsələlərinə də xüsusi diqqət ayırıb. O, Azərbaycanın Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsinə görə bütün dövlət başçılarına təşəkkür edib. Prezident qeyd edib ki, Laçın 30 illik işğaldan azad edildikdən sonra qısa müddətdə bərpa olunaraq regionun ən gözəl və abad şəhərlərindən birinə çevrilib. Bu, Azərbaycanın yenidənqurma gücünün və xalqın doğma torpaqlara bağlılığının göstəricisidir.
Prezident həmçinin, Gəncə şəhəri və digər bölgələrdə keçirilən III MDB Oyunlarının dostluğu və əməkdaşlığı daha da möhkəmləndirdiyini vurğulayıb. Tədbirdə 13 ölkədən 1600-dən çox idmançı iştirak edib. Bu yarışların MDB məkanında qarşılıqlı hörmət və anlayış mühitini daha da gücləndirdiyini deyib.
III MDB Oyunlarının keçirilməsi regionda infrastrukturun inkişafını sürətləndirmiş, turizm axınını artırmış və yerli sahibkarlığa əlavə gəlir gətirmişdir. Bundan əlavə, Oyunlar zamanı yüzlərlə könüllü gənc bu tədbirdə iştirak edərək təşkilati bacarıqlara yiyələnmişdir.
Belə mötəbər tədbirlərin Ölkəmizdə keçirilməsi biz gəncləri qürurlandırır. Düşənbədə Prezident İlham Əliyevin dostluq, sülh və əməkdaşlıq ruhunda çıxışı Ölkəmizdə keçirilən bu tədbirin yüksək səviyyədə təşkilini bir daha təsdiqlədi. Onun mesajı aydın idi: Azərbaycan regionda həm iqtisadi, həm də mədəni sahələrdə əməkdaşlığın inkişafına sadiqdir.

Xəzər rayonunun gənc fəalı
Ələkbər Novruzov

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button