Analitika

İki dost və tərəfdaş ölkə kimi – Macaristan və Azərbaycan

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı vurğuladığı bu fikir aktual səslənir. “Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlaxlq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir birinə əsirgəməyəcək. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkəmiz üçün həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır”.

Macarıstan həm Avropa İttifaqının və NATO-nun üzvüdür Azərbaycanla Macarıstan arasında münasibətləri bu mənada əhəmiyyəti daha da artmış olur. Azərbaycanla Macaristan arasında əsas müzakirə olunan məsələ qaz nəqli sahəsində əməkdaşlıq haqqında olmuşdur. Hazırda Rusiya-Ukrayna müharibəsinin davam etməsi səbəbindən Avropa qitəsində enerji təhlükəsi aktualdır. Qitə ölkələri müxtəlif yollarla problemdən çıxış imkanları axtarırlar. Keçən ilin sonlarında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnekttorunun istifadəyə verilməsi Macarıstan daxil olmaqla beş Avropa ölkəsinin Azərbaycan qazının idxal etmək imkanlarını artırıb. Azərbaycan qazının Şərqi və Mərkəzi Avropa ölkələrinə çatdırlması həmin ölkələr üçün enerji təhlukəsizlizyini təmin etməsi, Azərbaycan üçün də bazarların genişləndirilməsi deməkdir. Azərbaycanın enerji siyasti nəqliyyat yollarının şaxələndirilməsi üzərində qurulub ki, bu da öz bəhrəsini verir. Ölkəmizin sabit və balanslı səyasəti Avropa ölkələri üçün etibarlı tərəfdaşa çevrilib. Bu, dövlətimizin beynəxalq siyasətinin daha bir uğuru hesab oluna bilər. Əlbəttə, bu uğurun memarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Onun Avropda enerji təhlükəsizliyinin və iqtisadi sabitliyinin təmin olunmasında oynadığı rol qitə ölkələrinin diqqətindədir.

Azərbaycan-Macarıstan münasibətləri təkcə enerji sahəsini əhatə etmir. Azərbaycan enerji sektoru ilə yanaşı qeyri-neft sahəsinin də inkişafında və bu istiqamətdə əmakdaşlıqda maraqlıdır. Prezident İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban ilə birgə imzaladığı “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”-nin əhəmiyyəti danılmazdır. Əgər Azərbaycan Avropa İttifaqı üçün enerji ehtiyatlarının mühüm tədəarükçüsündən birinə çevrilərsə o zaman Macarıstan Avropa qaz tədarükü zəncirində əsas hissəni öz üzərinə götürə bilər. Avropa son ilyarım ərzində 1970-ci ildən bəri görünməmiş enerji böhranı ilə üzləşib.Bundan əlavə Rusiyadan Avropa İttifaqına neft və qaz nəqli ötən il müvafiq olaraq məlum səbəblərə görə 90% və 80% azalıb. indi Aİ-yə üzv olan ölkələr Rusiyadan enerji tədarükü itkisini bərpa etmək üçün qonşu ölkələrlə enerji əməkdaşlığını nizamlamağa səy göstərirlər. Bu mənada Avropa Komissiyası indi diqqətini Azərbaycana yönəldib. Azərbaycan Avropanın enerji təchizatı üçün əsas ölkədir”, bu fikir Macarıstan mətbuatında diqqəti çəkən başlıca məqamlardan biridir, iki ölkə arasında enerji əməkdaşlığının möhkəmləndirilməsi və Macarıstanın energetika şirkətləri ilə danşıqlar Azərbaycan Prezidentinin bu ölkəyə səfər proqramında mühüm yer tutduğu bir daha vurğulanıb. Ötən ilin dekabr ayının ortalarında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan yaşıl enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabel çəkilməsi barədə razılığa gəlinmişdir.Uzunluğu 1195 km təşkil edəcək kabel dünyada dənizin dibi ilə çəkiləcək kabelin köməyi ilə Azərbaycan təkcə Macarıstan və Rumıniya deyil, həmçinin bütün Mərkəzi və Şərqi Avropanı, Balkan ölkələrini bərpaolunan mənbələrdən ucuz elektrik enerjisi ilə təmin edə biləcək. Azərbaycan Prezidenti İlham Əliyevin yaxın illərdə ölkənin yaşıl enerji sektorunun xeyli genişləndiriləcəyi, 2027-ci ilədək ölkədə enerjinin 80% nin ixrac olunacağı barədə fikirlərini paylaşıb. “Şahdəniz” qaz yataqlarının sayəsində Azərbaycan mühüm qaz ixracatçılarından birinə çevrilmişdir. 2021-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa İttifaqı ölkələrinə 8,2 milyard kubmetr təbii qaz tədarük etmişdir. Qeyd edək ki, Azərbaycanı Avropa üçün cəlbedici edən bir amil də qiymətlərin münasib və etibarlı olmasıdır. Belə ki, 2027-ci ilədək Xəzər dənizindən Avropaya qaz tədarükünün ildə 20 milyard kubmetrə qədər artacağı gözlənilirMacarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən tərəfdaş ölkə kimi fəaliyyət göstərcək.

Osmanova Məlahət,
Xəzər rayonu, 92 № li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button