AnalitikaGündəmSiyasət

İki ölkə arasında dostluq qardaşlıq.

Bildiyimiz kimi, oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandanımız İlham Əliyev həmin iclasda iştirak edərək öz çıxışı ilə yaddaşlarda iz qoyub. İlham Əliyev çıxışı zamanı əvvəlcə qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə Tacikistan Prezidenti hörmətli Emoməli Şərifoviç Rəhmona təşəkkürünü bildirib. Eyni zamanda, o, qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik edib. Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, bütün bunların bizi çox sevindirdiyini dilə gətirib.
Prezident İlham Əliyev həmçinin çıxışı əsnasında bu günün çox böyük əhəmiyyət daşıdığını, Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafına kökləndiyini, bu münasibətlərin qardaşlıq, dostluq, qarşılıqlı dəstək üzərində qurulduğunu, indi və gələcəkdə daha da böyük inkişaf potensialına çatacağını qeyd etdi.
Həmçinin iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunuldu. Belə ki, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyi tam dəstəklənmiş, bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirilmiş, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verilmişdir. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi olmuşdular.
Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində – XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.

Xəzər rayonu, 183 №-li tam orta məktəbin müəllimi
Türkanə Abdullazadə

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button