
İngiltərənin “Vest Hem” və “Lester” klubları qapıçı Mads Hermansenin transferi barədə razılığa gəliblər.
“Obyektivxeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı danimarkalının transfer məbləği təxminən 18 milyon funt təşkil edəcək.
Eyni zamanda qolkiper London klubu ilə şəxsi müqavilə şərtlərini də razılaşdırıb.
Qeyd edək ki, M.Hermansen İngiltərə Premyer Liqasının 2024/2025 mövsümündə “Lester”in heyətində meydana çıxdığı 27 matçda yalnız bir dəfə qapısını toxunulmaz saxlayıb. Klub Premyer Liqada yerini qoruya bilməyib və Çempionşipə düşüb. “Vest Hem” isə turnir cədvəlində 14-cü yeri tutub.