GündəmSiyasət

İranın xarici işlər naziri Azərbaycana gələcək

Dekabrın 7-də İranın İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Azərbaycana səfər edəcək.

Obyektivxeber.az AZƏRTAC-a istinadən  xəbər verir ki, səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək iranlı nazir qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafını müzakirə edəcək.

Azərbaycan Respublikasının xarici işlər nazirinin dəvəti ilə həyata keçirilən səfər iki ölkənin Xarici İşlər nazirlikləri arasında müxtəlif səviyyələrdə davam edən müntəzəm məsləhətləşmələrin tərkib hissəsidir.

Oxşar Xəbərlər

Back to top button