
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşaya səfəri, Avropa dövlətlərinin rəhbərlərinin Qarabağdakı real vəziyyətlə yerində tanış olmaları baxımından böyük siyasi əhəmiyyət daşıyır. Bu cür səfərlər erməni vandalizminin ağır nəticələrini və Azərbaycanın quruculuq əzmini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əvəzsizdir.
Şuşanın küçələrini gəzən qonaqlar yalnız keçmişin acı izlərini deyil, həm də sürətlə dirçələn, müasirləşən və həyatın geri qayıtdığı bir şəhər gördülər. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa işləri xarici nümayəndə heyətlərində böyük rəğbət və heyrət doğurur.
Bu gün Qarabağ münaqişə obyekti deyil, beynəlxalq əməkdaşlıq və investisiya məkanıdır. Slovakiya rəhbərinin səfəri və səsləndirdiyi fikirlər sübut edir ki, Azərbaycanın haqq işi və sülhsevər siyasəti dünya miqyasında qəbul və təqdir olunur.
Sevda Lalayeva,
YAP Nizami rayon təşkilatının fəalı



