AnalitikaGündəmSiyasət

İşğaldan sonra terk dövlətlərinin Füzuliyə dəstəyi danılmazdır

Erməni təcavüzü nəticəsində Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən  Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km². Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli rayonu adlandırılmışdır. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.

Füzuli şəhərinin tarixində 5 yanvar 1994-cü ildə əlamətdar hadisə baş vermişdir. Ulu Öndər Heydər Əliyevin əmri ilə baş tutumuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. “Vətən müharibəsin “ gedişində rayonun işğaldan azad olundu. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaqdır. Lakin Qəhrəman Ordumuzun şücaəti nəticəsində Füzuli şəhəri işgaldan tez bir zamanda azad olundu. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı.

Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edirdi.”Füzulinin azad olunmasına görə” medal təsis olunmuşdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur; Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi haqqında Prezident İlham Əliyev sərəncam imzalamışdır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən edilmişdir.
Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir. Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunur. Cəmi səkkiz ay ərzində inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırmışdır. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir.

Füzuli rayonunun yeni inkişaf dövrünə qədəm qoymuşdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuli şəhərinə səfərlər etmişdir. Bu səfərləri nəticəsində Cənab Prezident İlham Əliyev şəhərdə aparılan quruculuq abadılıq işləri ilə tanış olmuşdur. Prezident İham Əliyev tərəfindən Füzuli şəhərində Azərbaycan bayrağı ucaldılmışdır. Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoyma mərasimi keçirilmişdir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlləri qoyulmuşdur. Prezident İlham Əliyev tərəfindən səfər zamanı Füzuli şəhərinin Baş planın təsdiqlənmişdir. Həmçinin Horadiz-Ağbənd, Ağdam-Füzuli yollarının inşası ilə tanış olmuşdur, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimində, Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimində Prezident İlham Əliyev iştiak etmişdir.

14 iyun 2021-ci il tarixində Prezidentin növbəti səfəri zamanı Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarının texniki göstəriciləri ilə tanış olmuşdur. Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olunmuşdur. “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyasının açılışı Prezident İlham Əliyev tərəfindən həyata keçirilmişdir. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli rayonunda qarşılanması baş tutmuşdur. Növbəti səfərlər zamanı Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanışlıq, Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş, Füzuli-Ağdam avtomobil yolunun təməlqoyma mərasimi, Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlqoyma mərasimi, Çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi, Cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi, Peşə Liseyinin təməlqoyma mərasimi, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanışlıq, Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin ziyarəti, Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanışlıq, Füzuli rayonunun Pirəhmədli kəndinin təməlinin qoyulması,Füzuli-Hadrut avtomobil yolunun açılışı, Füzuli rayonunun Dədəli kəndinin təməlinin qoyulması, Füzuli yaşayış kompleksinin tikintisinin gedişi ilə tanışlıq,Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlinin qoyulması, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışı,Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanışlıq, Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoyulması, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı, Füzuli şəhər yaşayış kompleksində yaradılmış şəraitlə tanışlıq, Füzuli şəhərinin Baş planı ilə tanışlıq tədbirləri həyata keçirilmişdir.

Əliyeva Nailəxanım,
Xəzər rayonu, 322№-li tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button