
İspaniyanın “Barselona” klubunun qapıçısı İnyaki Penya komandadan ayrılmaq istəyir.
Obyektivxeber.az xarici mətbuata istinadən xəbər verir ki, onun bu qərarı verməyinə Kataloniya təmsilçisinin “Espanyol”dan Joan Qarsiyanı transfer etməsi və Voysex Şesnı ilə müqavilənin müddətini uzatması səbəb olub. Penyanın daha çox şans qazana biləcəyi komandaya keçmək istədiyi vurğulanıb.
İddiaya görə, hazırda 26 yaşlı qapıçıya bir neçə klubdan təklif var.
Qeyd edək ki, İnyaki Penya 2023-cü ildən “Barselona”da çıxış edir