Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi əhəmiyyəti daha da artacaq

Nəhəng enerji layihələri Azərbaycanın iqtisadi-siyasi çəkisini daha da artırır. Azərbaycan uzun illərdir ki, Avropanın etibarlı enerji təminatçısıdır. Aİ ölkələri özünün enerji təhlükəsizliyini daha etibarlı və uzunömürlü etmək üçün məhz respublikamızın enerji imkanlarına güvənir. Azərbaycan Respublikasının dünya ölkələri ilə siyasi, iqtisadi əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Enerji sahəsində fəaliyyətimiz Azərbaycanı enerji mərkəzinə çevirib. Bu bir həqiqətdir ki, Azərbaycan zəngin enerji ehtiyatlarına malik ölkədir. Danılmaz bir faktdır ki regionda qısa bir müddətdə qlobal enerji və nəqliyyat dəhlizləri yaradıldı. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır. Hazır ki vəziyyətdə ölkələrin enerji təhlükəsizliyi məsələsinin aktuallığı daha da artıb. Azərbaycanın ixrac potensialı bu sahədə daha böyükdür. Xüsusilə qeyd etmək lazımdır ki Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilər də bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. İlkin dəyərləndirmələrə əsasən, bəhs olunan ərazilərdə külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan artıq bu zəngin potensialın reallaşdırılması mərhələsindədir.
Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edərək bu fikirləri səsləndirmişdir. Bu gün biz Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması mərasiminə toplaşmışıq. Əminəm ki, biz yaxın zamanlarda – 2025-ci ildə bu stansiyanın açılışını qeyd edəcəyik. Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə ötən əsrin 70-ci illərində – daha doğrusu, 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur.
Azərbaycan neft və qazdan sonra elektrik enerjisinin təchizatında da Avropanın mühüm tərəfdaşı olduğunu bir daha sübut edir. Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7 937 MVt, iri su elektrik stansiyaları daxil olmaqla BOEM üzrə elektrik stansiyalarının gücü 1 278 MVt-dır ki, bu da ümumi gücün 17 %-ni təşkil edir. Eyni zamanda, ümumilikdə Xəzər dənizinin Azərbaycan sektorunun külək enerjisinin potensialı yüksək qiymətləndirilir. Belə ki, ilkin təhlillərə görə, Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilib. Bu potensialın 35 QVt hissəsi dəniz sahilinə yaxın dayazsulu ərazilərə, 122 QVt hissəsi isə 50 metrdən artıq dərinlikli hövzələrə uyğun gəlir. Göründüyü kimi, ölkəmizin yüksək bərpa olunan enerji potensialı xarici investorların bu sahə üzrə Azərbaycanla əməkdaşlıq imkanlanlarını genişləndirir.
Subhan Ərəbi,
YAP-ın gənc fəalı