Analitika

Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın növbəti tarixi uğurları arasında yer aldı

Fevral ayının 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas keçirilib. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatoru olduğu bu iclasda tarixdə ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Ermənistanın Baş naziri Nikol Paşinyan bir arada olmuşdur. Münxen Təhlükəsizlik Konfransı vasitəsiləAzərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşürlər. Qafqaz həmişə Avropa üçün bir sirr dünyası olub.

Bu tarixi görüşdə gündəmə gətirilən əsas mövzulardan biri də, son zamanlarda Qarabağ bölgəsində yaşanan gərgin vəziyyətlə bağlı olub. Ermənistan baş nazirinin son 70 gündür ki, Laçın dəhlizinin bağlı olması və bunun 10 noyabr 2020-ci ildə bağlanan üçtərəfli bəyanata zidd olması ilə bağlı fikirlərinə də dövlət başçısı öz münasibətini bildirib. Cənab prezident regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını bildirib. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi isə Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələr istiqaməti. Azərbaycan 30 ilə yaxın bir müddətdə göstərdiyi sülhməramlı mövqeyini artıq BMT-nin öz qəbul etdiyi qətnamələrə hörmət etmədiyini və münaqişənin həlli yolunda heç bir beynəlxalq təşkilatın ciddi işlər göstərməyəcəyini anladığı an artıq torpaqlarımızın geri qaytarılmasının tək yolunun hərbi yol olduğunu anladı. 3000-ə yaxın azərbaycanlının canı, qanı hesabına ərazi bütövlüyümüzü bərpa edə bildik.

Biz müharibə apardıq, müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. İlham Əliyevə verilən suallara nəzər salsaq görərik ki, “Sülh danışıqlarında vasitəçi kimi ABŞ-nın çıxış etdiyini söyləmişdiniz. Görünən odur ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində öz rolunu itirmişdir. Bunu şərh edə bilərsinizmi?” sualina verilən cavab diqqətə layiqdir. İlham Əliyev cavab olaraq “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamız var. Onlardan biri Brüssel formatı adlandırdığımız platformadır. Dünən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüş zamanı biz bir daha Brüssel prosesinə sadiq olduğumuzu təsdiqlədik. Biz 28 il boyunca sülh danışıqları aparmışıq, təsəvvür edin, 1992-ci ildən 2020-ci ilə qədər. Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi. Belə bir vəziyyət Ermənistanı tam qane edirdi. Çünki onlar vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdilər. Bu vəziyyət, həmçinin Ermənistanın dünyanın müxtəlif bölgələrindəki dostlarını qane edirdi. Lakin bu, bizi qane etmirdi. Buna görə də biz hazırlaşırdıq, səylərimizi səfərbər edirdik, yeni nəsil böyüdürdük. Cavan olduqları və Ermənistan o torpaqları işğal etdikdə hələ anadan olmadıqları üçün heç zaman görmədikləri torpaqlara qayıdan və oraları işğaldan azad edən bir nəsil yetişdirirdik. Bu baxımdan bəli, mən sülh danışıqlarının keçirilməsinin əleyhinə deyiləm. Lakin siz ədaləti güc vasitəsilə bərpa etməli olursunuz. Bu, sizin qanuni haqqınızdır. Bu haqqı sizə BMT-nin 51-ci fəsli verir. Biz də bu haqqımızdan istifadə etdik.

Mürsəl Bəkirli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gənc fəalı

Oxşar Xəbərlər

Back to top button