Analitika

Müstəqil Azərbaycanın Gənclər siyasəti Ulu Öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyəti kontekstində

“Azəbaycan gənclər ölkəsi, gənclər isə Azərbaycanın gələcəyidir-deyirdi Ulu Öndər. Hələ 1969-82-ci illərdə sovetlər dönəmində Respublikaya rəhbərlik edən Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində gənclərə xüsusi qayğı göstərilir, onlar keşmiş SSSRİ-nin müxtəlif şəhərlərində nüfuzlu Ali məktəblərə qəbul olunur,savadlı və təcrübəli mütəxəssis kimi Respublikaya qayıdır, dövlətimizin yüksək səviyyəli ixtisaslı kadrlarına çevriirdilər. Bu xüsusda 1971-ci ildə Cəmşid Naxçivanski adına hərbi məktəbin yaradılmasını da göstərmək olar. Çox az adam bilir ki Ulu Öndər o zaman bu məkrəbin Respublikamızda fəaliyyəti üçün xeyli maneələri keçməli olmuşdur.

1993-cü ildə Ulu Öndərin hakimiyyətə ikinci qayıdışı dövrü də gənc nəslə diqqət göstərilməsi, dövlətin prioritet istiqamətlərindən biri olmuşdir. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyil tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi davam etdirildi. Tədadüfi deyil ki 2003-cü ildə dünyanın 40-a qədər ölkəsinə təhsil almaq üçün 3000 dən cox gənc göndərilmişdir. Təkcə Türkiyədə təhsil alan 700 tələbənin təqaüdünü ödəmək üçün 2,4 milyard vəsait ayrılmışdır. 1995-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Gənclər Forumunun kecirilməsi təşəbbüsü edilmişdir. Beləliklə 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin İ Forumu kecirildi. Forumda çıxış edən Ulu Öndər gənclər qarşısında tarixi vəzifə qoymuşdur. Bu isə ondan ibarətdir ki, hər bir Azərbaycan gənci Azərbaycanın bu gününü və gələcəyini düşünməlidir.

1996-cı il 22 iyun tarixində “Gənc istedadlara dövlət qayğısı haqqında” qanun istedadlı gənclərin aşkar edilməsi, onların əməyinin qiymətləndirilməsi sahəsində böyük addım oldu. Ulu Öndər tərəfindən 1997-ci il 2 fevral imzalanan sərəbcama əsasən isə hər il 2 fevral tarixinin Azərbaycan Gəncləri günü keçirilməsi qərara alındı. 1999-cu ilin iyulun 29-da “Dövlət gənclər siyasəti haqqında “Fərman gənclərin inkişafı üçün daha geniş imkanlar acdı. 2002-ci ilin 9 aprel tarixində “Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir.

Gənclər siyasəti Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, 2007-ci il Ölkəmizdə “Gənclər ili” elan olundu. Bu gənclərin ölkənin ictimai, siyasi, mədəni həyatında daha yaxindan iştirakı üçün zəmin oldu. 2007-2015, 2019-2023-cü illərdə qəbul edilmiş Azərbaycanın xarici ölkələrdə təhsil üzrə dövlət proqramı və Azərbaycan təhsilinin beynəlxalq rəqabətliliyini artırmaq üçün 5000 dən çox tələbə dünyanın nüfuzlu ali məktəblərində uğurla təhsil alır. Bu məqsədlə 200 milyondan cox vəsait xərclənmişdir. Bununla əlaqədar 2011-ci ildə “Gənclər fondu “yaradılmışdır. Fond gənclərin elm, mədəniyyət, təhsil və digər sahələrdə fəaliyyətini qrant şəklində maliyyələşdirmək məqsədi daşıyır.

2016-cı ildə Gəncə şəhəri Avropa Gənclər Paytaxtı elan olunmuşdur.2018-ci ildə isə Gənclərin İnkişaf Və Karyera Mərkəzi fəaliyyətə başlayıb.Heydər Əliyev mərkəzlərində yaradılan bu məkəzlərin məqsədi gənc vətəndaşların Ulu Öndərin əsasını qoyduğu azərbaycançılıq və dövlətçilik məfkurəsi ruhunda inkişafı məqsədi daşıyır. Gənclər siyasətinin vacib məsələlərindən biri də idtedadlı gənclərə dövlət qayğısıdır. Bakıda və bölgələrdə fəaliyyət göstərən Gənclər evi və mərkəzləri gənclərin milli şüurunun formalaşmasında onların sosiallaşmasında çox böyük rol oynamaqdadır.

Məlum məsələdir ki, uzun illər Azərbaycan mənfur düşmənlə üz-üzə mübarizə aparmalı oldu. Birinci Qarabag müharibəsində minlərlə gənc vətənpərvər döyüş meydanlarında qəhrəmanlıq göstərdi. Lakin mövcud siyasi, beynəlxalq vəziyyət, daxili və xarici düşmənlərin xəyanəti torpaqların müvəqqəti də olsa işğalına yol açdı. Lakin Ulu Öndərin hakimiyyətə qayıdışı, uğurlu daxili və xarici siyasət tezliklə öz bəhrəsini verdi. Ölkənin dircəlməsi, gələcək mübarizələrə hazirlıq, onun beynəlxalq aləmdə tanıtmaq bir çox hallarda gənc kadrların üzərinə düşürdü. Ordu quruculuğu,hərbi heyətin yenidən qurulması gənclərin bir nömrəli vəzifədinə çevrildi. Bu mənada ölkədə gənclər arasinda hərbi vətənpərvərlik təbliğatı gücləndirildi. Bu sahədə Azərbaycan təhsilinin də üzərinə çox böyük vəzifələr düşürdü. Vətən müharibəsi qəhrəmanlarının Azərbaycanın Milli qəhrəmanlarının Şəhid döyüşcülərin, onlarln keçdiyi döyüş yolunun təbliği gənclər arasinda vətənpərvərlik təbliğatının güclənməsi, öz bəhrəsini verdi. Hərbi vətənpərvərlik ruhunda xaricdə ali hərbi təhsil alan hərbi kadrlara malik mükəmməl nizami, dünya standartlarına cavab verən Azərbaycan ordusu formalaşdı. Bu artıq XXI-ci əsrin müasir silahlarla silahlanmış, beyinlərində torpaların azad olunması ideyası kök salan yeni bir gənc nəsil idi. Və 44 günlük müharibədə bu yeni, gənc nəsil öz sözünü deyərək torpaqlarımızı mənfur içğalçılardan təmizlədi. Ordumuz həmçinin öz silahı ilə dünya hərb tarixinə şanlı səhifə yazmış oldu. Bütün bunlar ötən illərdə Ulu Öndərin əsasını qoyduğu, Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi böyük siyasətin, onun tərkib hissəsi olan Gənlər siyasətinin məntiqi nəticədi idi.

Hazirda Gənclərin inkişafinda Heydər Əliyev Fondunun misilsiz rolu var. Bu Fond Azərbaycan gənclərinin inkişafı naminə bir sira istiqamətlərdə fəaliyyət göstərir və aşağıdaki müxtəlif təyinatlı layihələri icra edir.Bunlara misal olaraq elm, təhsil mədəniyyət, səhiyyə, ekologiya sahəsinə aid layihələr hazirlanıb icra edilməsini göstərə bilərik. Xaricdə tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərlə mübadiləni təmin edir, ölkənin yaradıcı elmi potensialinin artmasına kömək edir.

İnanırıq ki, Azərbaycanın gələcəyi sağlam savadlı dünyaya inteqrasiya etməyi bacaran vətənpərvər gəncliyin əlindədir. Və Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olması da məhz bu gəncliyin fəaliyyəti nəticəsində mümkün olacaqdır.

Əliyev Elçin,
Xəzər rayonu, 26 №li tam orta məkrəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button