AnalitikaGündəmSiyasət

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi sayəsində xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib xalq kimi yad edir

1992-ci ilin fevralında baş verən Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Soyqırımın 34-cü ildönümündə Xocalıda Memorial Kompleksin inşası həm mənəvi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu abidə ilk növbədə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi missiyasını daşıyır. Xocalı qurbanlarının xatirəsinin doğma torpaqda ucaldılan abidə ilə yad edilməsi milli həmrəyliyin və tarixi yaddaşın qorunmasının rəmzidir. Bu cür komplekslər gələcək nəsillərə tarixi həqiqətləri çatdırmaq, faciənin unudulmamasını təmin etmək və “bir daha təkrarlanmasın” mesajını ötürmək baxımından xüsusi rol oynayır. Memorial Kompleks tarixi həqiqətlərin beynəlxalq müstəvidə təsdiqi baxımdan da xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev də  kompleksin açılış mərasimində bəyan etdi ki, “əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir”. Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib ki, bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük.

Dövlətimizin başçısı bildirib: “Çünki bu qədər, – yəni Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, – 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini saxladı, ləyaqətini saxladı, inamını saxladı”. Prezident İlham Əliyevin çıxışı beynəlxalq auditoriya üçün də mühüm mesajlar ehtiva edirdi. Bu çıxış vasitəsilə Azərbaycan bir daha Xocalı faciəsinin unudulmadığını və bu hadisənin tarixi-siyasi qiymətinin dəyişməz qaldığını nümayiş etdirdi.

Eyni zamanda, memorial kompleksin açılışı Azərbaycanın regionda yeni reallıqlar yaratdığını və artıq bu reallıqların geri dönməz xarakter daşıdığını göstərən siyasi akt kimi dəyər qazanır.

Bu abidə həm də beynəlxalq ictimaiyyətə ünvanlanan açıq mesajdır: regionda davamlı sülh yalnız həqiqətlərin qəbul edilməsi və ədalətin təmin olunması ilə mümkündür. Memorial Kompleksinin açılışı çərçivəsində Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dövlət başçısı qeyd edib ki, bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük: “Çünki bu qədər, – yəni Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, – 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini saxladı, ləyaqətini saxladı, inamını saxladı. Biz bu Memorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır dünyada. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir”.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi sayəsində xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib xalq kimi yad edir. Bu gün bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.

Mətanət Cəfərova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button