
CBC telekanalı rejissor və aktyor Nikita Mixalkovun təxribat xarakterli fəaliyyəti haqqında araşdırma aparıb.
Obyektivxeber.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, telekanal bu materialda Mixalkovun təbliğat fəaliyyətini və onun necə ictimai rəyə təsir etdiyini göstərib.
Xüsusilə maraqlıdır ki, materialda Mixalkovun Azərbaycana qarşı kəskin və mənfi münasibətinin səbəbləri də açıqlanır.
Onun Azərbaycanla bağlı söylədikləri və ortaya qoyduğu ittihamlar CBC tərəfindən detallı şəkildə təhlil olunub.
Bu material Nikita Mixalkovun niyə Kremlin təbliğat maşınına çevrildiyini və niyə Azərbaycan kimi ölkələrə qarşı qərəzli mövqe tutduğunu açıq şəkildə göstərir.