AnalitikaDünyaGündəmSiyasət

Ortaq Kökdən Gələn Güc: Azərbaycan və Qırğızıstan Xalqlarının Həmrəyliyi

Bizi – Azərbaycan və Qırğızıstan xalqlarını təkcə rəsmi imzalar və diplomatik sənədlər deyil, uzaq əsrlərə dayanan ortaq köklər, dil və mədəniyyət birləşdirir. Dövlət səfəri zamanı qeyd olunan bu həqiqət, müttəfiqlik münasibətlərimizin təməlindəki əsas mənəvi dayaqdır. Həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də digər beynəlxalq qurumlarda xalqlarımızın birliyi xüsusi qürur doğurur.

Tarixə, mədəniyyətə və görkəmli nümayəndələrimizə bəslədiyimiz qarşılıqlı hörmət bu həmrəyliyin ən gözəl təzahürüdür. Siyasətdən iqtisadiyyata, incəsənətdən təhsilə qədər bütün sahələrdə xalqlarımızın eyni hissləri bölüşməsi və bir-birinin uğuruna ürəkdən sevinməsi qardaşlığımızın fəlsəfəsidir.

Ortak dəyərlərə sahib olmaq müasir dünyanın çətin çağırışları qarşısında bizə əlavə güc və inam verir. Dövlət rəhbərlərimizin hər bir görüşü bu gücü yenidən təsdiqləyir və Azərbaycan-Qırğız həmrəyliyinin regionda sülh və sabitlik üçün ən möhkəm qalalardan biri olduğunu göstərir.

Nüşabə Məmmədova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button