AnalitikaGündəmSiyasət

Pakistan Baş nazirinin Bakıya səfəri ikitərəfli əlaqələrin gücləndirilməsi deməkdir

Pakistanın Baş naziri Şahbaz Şərif 24 fevral 2025-ci ildə üç günlük rəsmi səfərlə Bakıya gəlmişdir. Səfərin əsas məqsədi neft və qaz kəşfiyyatı, bərpa olunan enerji mənbələrindən istifadə və enerji səmərəliliyinin artırılması sahələrində əməkdaşlığı genişləndirmək üçün 2 milyard dollarlıq investisiya sazişlərinin imzalanmasıdır.

Səfər çərçivəsində Baş nazir Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyev və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirəcək. Görüşlərdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, ticarət və investisiya imkanları müzakirə ediləcək. Bununla yanaşı, Pakistanın Baş naziri Azərbaycan biznes dairələrinin nümayəndələri ilə də görüşəcək və onları Pakistan iqtisadiyyatına sərmayə yatırmağa dəvət edəcək.

Şahbaz Şərifin Azərbaycandan sonra Özbəkistana iki günlük rəsmi səfəri də planlaşdırılıb. O, Daşkənddə keçiriləcək görüşlərdə iqtisadi əməkdaşlıq və tranzit ticarəti mövzularını müzakirə edəcək.

Bu səfər Pakistanın region ölkələri ilə əlaqələrini möhkəmləndirmək və strateji sahələrdə əməkdaşlığı genişləndirmək istiqamətində atdığı mühüm addımlardan biridir.

Sevinc Əliyeva,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button