AnalitikaGündəmSiyasət

Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir

Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü olub. Dövlətimizin başçısı görüşdə çıxış edib.

Cənab Baş nazir, nümayəndə heyətinin hörmətli üzvləri Azərbaycana xoş gəlmisiniz. Hazırda dövlət səfərinə gəlmiş əziz qardaşımı ölkəmizdə qəbul etməkdən çox məmnunam. Ötən il Pakistana dövlət səfərimdən, mənə və nümayəndə heyətimə göstərilmiş qonaqpərvərlikdən xoş xatirələrim var. Biz buna görə çox minnətdarıq. Əminəm ki, səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək. Biz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik.

Azərbaycan-Pakistan  münasibətləri nəinki xalqlarımız, o cümlədən təmsil etdiyimiz regionlar üçün həqiqətən vacibdir. Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir. Biz beynəlxalq təsisatlarda hər zaman bir-birimizi dəstəkləyirik, ölkələrimizin ərazi bütövlüyünə, suverenliyinə güclü dəstək veririk və qeyd etdiyim kimi, qarşımızda çox geniş sərmayə gündəliyi dayanır. Əminəm ki, bu gün əhatə edəcəyimiz bütün məsələlər, eləcə də bir çox digər sahələr üzrə işimiz Biznes Forumunda davam edəcək və aramızda daha sıx tərəfdaşlıq olacaq. Biz iqtisadi tərəfdaşlığımızı siyasi sahədəki səviyyəyə çatdırmalıyıq və bu, qarşılıqlı siyasi iradənin aydın təzahürünə çevriləcək.

Şəbnəm İsmayılova,
259 nömrəli tam orta məktəbin İnformatika müəllimi 

Oxşar Xəbərlər

Back to top button