Gündəm
Paşinyan öz tərəfdarlarının əmlaklarını yoxlatdırır

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının bütün üzvlərinin əmlakının yoxlanılmasına dair göstərişlər verib.
Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Paşinyan hüquq-mühafizə orqanlarının əməkdaşlarına partiya nümayəndələrinin, eləcə də onların qohumlarının, dostlarının və onlarla əlaqəli şəxslərin əmlakları barədə məlumatların araşdırılmasını tapşırıb: “O, bununla kimin nə qədər varlandığını öyrənmək istəyir”.
Bildirilir ki, Paşinyan sözügedən şəxsləri daimi qorxu halında saxlamaq niyyətindədir.