Gündəm
Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının növbəti iclasını keçirib.
Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, parlamentin spikeri Alen Simonyan, vitse-spiker Ruben Rubinyan, eləcə də “Vətəndaş müqaviləsi” partiyasının rəhbəri Hayk Koncoryan iştirak edib.
İclas zamanı hansı məsələlərin müzakirə edildiyi açıqlanmayıb.